"Hollandiyanın davranışı demokratiya prinsiplərinə ziddir"





"Almaniya və Holldandiyada türk icmasına istənilən şəxsi dəvət edib, toplantılar keçirmək üçün icazənin verilməməsi təssüf doğurur". 

Bunu Sherg.az-a Niderlandın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı konsulluğuna buraxılmamasından danışarkən millət vəkili Asim Mollazadə deyib. 

Parlament üzvünün sözlərinə görə, bu, demokratiya və söz azadlığı prinsiplərinə zidd olan hadisədir: 

"Əslində isə M.Çavuşoğlunun Fransada keçirdiyi görüşlər Almaniya və Hollandiya üçün bir nümunə olmalı idi".

"Türkiyəyə qarşı məlum qərəz nədən irəli gəlir?" sualına aydınlıq gətirən parlamentari qeyd edib ki, bu, hər iki ölkədə nəzərdə tutulan seçkilər və daxili siyasətlə bağlı ola bilər".

Ayyət Əhməd