Kürdəmirdə toyda 50-dən çox insan zəhərlənib

  • Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır

Kürdəmirdə keçirilən toy mərasimində 50-dən çox insan zəhərlənib.

Sherg.az xəbər verir ki, məlumata görə, hadisə ötən gün Kürdəmir rayonunda yerləşən şadlıq saraylarından birində baş verib. Zəhərlənənlər arasında 7 azyaşlı da var.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Həkimlər onların vəziyyətini orta ağır kimi qiymətləndiriblər.

Hadisə ilə bağlı araşdırma aparılır.