"Huawei"in rəhbəri dünyaya yalan danışır - Pompeo
14:27 23.05.2019
Arxiv
656
"Huawei" şirkəti Çin Kommunist Partiyası ilə sıx əlaqəlidir".
ONA-nın məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo "CNBC" kanalına müsahibəsi zamanı deyib.
"Bu şirkət yalnız Çinlə deyil, Çin Kommunist Partiyası ilə sıx əlaqəlidir. Bu əlaqələrin mövcudluğu ABŞ-a məxsus məlumatları təhlükə altında qoyur. Çin hökuməti ilə əməkdaşlıq etməmək yanlış bəyanatdır. "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır”, - deyə Pompeo bildirib.
ABŞ dövlət katibi qeyd edib ki, bir çox şirkətlər "Huawei"lə əməkdaşlığı dayandıracaq: "Dövlət Departamenti çalışır ki, hər kəs təhlükəni anlasın".
Xatırladaq ki, bir müddət öncə Trampın imzaladığı sərəncamla "qara siyahı"dakı xarici şirkətlərin hökumətin icazəsi olmadan Amerika şirkətlərinə məxsus texnologiyalardan istifadə edə bilməyəcəyini açıqlanıb.
Dünyanın ikinci ən böyük smartfon istehsalçısı olan "Huawei” də bu siyahıya daxil edilib.
İngiltərə də daxil olmaqla, son aylarda bəzi Qərb ölkələri təhlükəsizlik məsələləriylə bağlı "Huawei”in məhsullarından narahat olduqlarını bildiriblər.
Şirkətin adı ABŞ tərəfindən "qara siyahı"ya salındıqdan sonra "Google" şirkəti "Huawei"in istehsal etdiyi mobil qurğularda "Android" əməliyyat sistemlərinin yenilənmələrini dayandıracağını bəyan edib. Yaponiyanın "Panasonic” şirkəti ABŞ qadağalarına görə "Huawei" ilə əməkdaşlığı dayandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya