I sinif uşağı fransız dilindəki cümləni necə tərcümə etsin ? - Etiraz





Son günlər xarici dil dərsliklərindəki nöqsanlarla bağlı sosial şəbəkələrdə ciddi müzakirələr aprılır. 
Şəbəkə istifadəçisi Qiyas Allahverdiyev yazıb ki, birinci sinifə gedən və Azərbaycan dilində hərfləri yeni-yeni öyrənən övladına fransız dili dərsindən çox çətin və ağır çalışmalar verilir. 

Onun statusunu olduğunu kimi təqdim edirik:

"Qızım birinci sinifdə oxuyur və Azərbaycan dilində hərfləri yeni-yeni tanıyır. Uşaq hərfləri oxuduqdan sonra heç sözü-sözə qoşub deyə bilmir. Amma fransız dili müəllimi ona fransız dilindən cümlə tərcüməsi verir. Uşaq digər fənlərdən əla qiymətlər alır, fransız dilindən isə qiyməti çox aşağıdır. Bu dili  nə mən o səviyyədə bilirəm. nə də anası. Uşağa köməklik göstərə bilmirik. Təbii ki, özümü və uşağı günahkar saymıram. Günah o dərsliyi yazanda və onu uşağa tədris etdirənlərdədir. Axı birinci sinifdə oxuyan , ana dilində hərfləri tam tanıya bilməyən uşaq fransız dilində cümləni necə tərcümə etsin. Baxın, kitabda şəkil verilib və çəkilin üzərində də yazıblar ki, "İdentifier les personnage". Uşaq nə bilsin ki, bu cümlə nəyi ifadə edir. Gərək ki, məcburiyyət qarşısında birnci sinifdə oxuyan uşağı fransız dili müəlliminin yanına hazırlığa qoyaq. Sonra da düşünürəm ki, onu hazırlığa qoymağın da bir mənası yoxdur. Aidiyyatı qurumlar bunu nəzərə almalıdırlar. çünki belə vəziyyət yarananda uşaq da çaş-baş qalır qalır, valideyn də.

Bu məsələləri dəfələrlə müzakirəyə çıxartdıqlarını Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü Sherg.az-a açıqlamasında qeyd edib ki, xüsusilə ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan dərsliklərdə belə səhvlər çoxdur:

"Dərsliklər ibtidai siniflərə hazırlanıb, təqdim olunursa mütləq ibtidai sinif müəllimlərinin fikri alınmalıdır. Hətta psixoloqun belə tövsiyələri olmalıdır. Yaş səviyyəsi, bilik qavrama qabiliyyəti, proqramın həcmi kimi məsələlər nəzərə alınmalıdır. 1-ci sinif şagirdi ilk sözlərini yazıb-oxumağa, ana dilini təhlil etməyə başlayır. Bu uşaqlar üçün xarici dildə mürəkkəb tapşırıqlar verilib, çətin sözlər salınması düzgün deyil. Elə sözlər var ki, valideynlər bəzən lüğətdən, müxtəlif vasitələrdən istifadə etməklə çətinliklə həmin sözləri tapır. Bu yolverilməz haldır. Hansısa xarici dilin tədrisində məqsəd odur ki, uşaq hərfləri öyrənsin, dil haqqında təsəvvürləri yaransın, şəkillər üzərində danışmağı mətn qurmağı öyrənsin. Tərcümə, iri həcmli mətnlər cümlələr, iri təhlil ibtidai sinif uşaqları üçün effektiv nəticə vermir”.

Ayyət Əhməd