İcra başçısından onlarla ailəni sevindirən qərar
08:26 01.08.2019
Arxiv
369
Sumqayıt sakinlərinin dam örtüyü ilə bağlı narahatlığına son qoyuldu
Sumqayıt şəhərində 5-ci mikrorayon ev 18/132 ünvanında məskunlaşan sakinlərin dam örtüyü ilə bağlı narahatlığına son qoyulub.
Moderator.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sözügedən binanın dam örtüyünün yenilənməsi ilə bağlı sərəncam verib. İcra başçısının sərəncamından dərhal sonra - elə bu gün binanın dam örtüyünün yenilənməsi prosesinə başlanılıb.
Dam örtüyünün yenilənməsi ilə bağlı işlərin qısa zamanda yekunlaşması nəzərdə tutulur.
Məlumat üçün qeyd edək ki, Z.Fərəcovun SŞİH-nin başçısı təyin edilməsindən sonra şəhərdə mənzil-kommunal təsərrüfatına daxil olan və yenilənməsinə ehtiyac duyulan binaların dam örtüyünün yenilənməsi həyata keçirilib. Yüksək səviyyədə və müasir dizayn əsasında həyata keçirilən bu yenilik şəhər sakinlərinin rahatlığını təmin etməklə yanaşı, şəhərin estetik görünüşünə də xüsusi gözəllik bəxş edib. 5-ci mikrorayon ev 18/132 ünvanındakı bina isə kooperativ əsaslı olduğu üçün onun dam örtüyünün yenilənməsi üçün hər hansı vəsait nəzərdə tutulmamışdı. Buna baxmayaraq, şəhər sakinlərinin istəyini rəhbər tutan icra başçısı məlum binanın da dam örtüyünün yenilənməsinə sərəncam verərək onlarla ailəyə sevinc bəxş edib. Bu sərəncam Sumqayıt Şəhər İcra Hakimiyyətinin vətəndaş məmnunluğunun hər şeydən önəmli olduğunu vurğulayan ölkə başçısının məlum çağırışını öz fəaliyətində daim rəhbər tutduğunu və əməli surətdə icra etdiyini göstərir.
Seymur ƏLİYEV
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
02:02 01.10.2026
Cəmiyyət
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi
01:43 01.10.2026
Maraqlı
ABŞ general və admiralların 20 faizini ixtisar edəcək
01:21 01.10.2026
Dünya
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial