İctimai nəqliyyatın fəaliyyəti 2 həftə məhdudlaşdırılacaq? - Açıqlama
09:58 30.03.2021
Arxiv
283
Son günlər yoluxanların və ölənlərin sayının artması yenidən karantin rejimində sərtləşmələrin olacağı ehtimalını ortaya çıxarır. Hətta sərtləşmə ilə yanaşı insanların ünsiyyətini minumuma endirmək üçün ictimai nəqliyyatın 2 həftə işləməyəcəyi də söylənilir. Azərbaycanda 2 həftə ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırıla bilərmi?
"Sherg.az" xəbər verir ki, bununla bağlı sonxeber.az-ın sualını cavablandıran deputat Ceyhun Məmmədov bildirib ki, ictimai nəqliyyatın işləməyəcəyi ilə bağlı bu gün konkret fikir səsləndirmək düzgün olmaz: "Operativ Qərargah tərəfindən araşdırılır. Əgər ehtiyac yaranarsa ictimaiyyətə bununla bağlı məlumat veriləcək. Ona görə də indidən fikir bildirmək düzgün deyil. Hələ ki, biz müvafiq qərarları gözləməliyik. Bu barədə konkret olaraq Operativ Qərargahın mövqeyi vacibdr. Amma reallıq odur ki, yoluxanların və ölənlərin sayı artmaqdadır. Bu ciddi narahatlıq doğurur. Vətəndaşlar çalışmalıdır ki, gigiyenik və karantin qaydalarına tam əməl etsinlər ki, biz bu prosesdən uğurla çıxa bilək. Burada dövlət öz üzərində düşən vəzifəni uğurla həyata yetirir. İnsanlarımız da qaydalara əməl edərək görülən işlərə dəstək olmalıdır. İctimai nəqliyyatın 2 həftə işləyib-işləməsi barəsində qərar Operativ Qərargah tərəfindən veriləcək. Ona görə də biz səlahiyyətli dövlət qurumlarının qərarlarını gözləməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya