“İdarəetmə sistemi təkmilləşir”
Fidan Həmişəyeva
15:47 07.09.2020
Arxiv
627
Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı təşəbbüslər irəli sürülür. Məqsəd ölkənin ikinci böyük şəhərində idarəetmə keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsidir.
Sumqayıt şəhərinin nümunəsi göstərir ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizmdir. Nəticədə vətəndaşların müraciətlərinə baxılma mexanizmi sadələşdiriləcək, onların problemləri daha çevik şəkildə həll olunacaq . Böyük idarəetmə aparatı ləğv ediləcək və büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq.
Siyasi elmlər doktoru, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Sherg.az”a bildirib ki, ölkəmizdə dövlət idarəçiliyinin şəffaflaşdırılması cənab Prezidentin həyata keçirdiyi islahatlar kursunun əsas mahiyyətini təşkil edir. Baş redaktoru vurğulayıb ki, bu gün Azərbaycan dövlət xidmətlərinin göstərilməsi üzrə qabaqcıl modelləri dünyaya təqdim edir:
“Ölkəmizdə iqtisadi islahatlar dərinləşdirilir, idarəetmə sistemində təkmilləşmə öz aktuallığını qoruyur. Bu islahatlar ümumilikdə hakimiyyətin hər üç qolunu-icra, qanunverici və məhkəmə-hüquq sistemini əhatə edir”.
V.Rəhimzadə Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüsü idarəçilik sistemində təkmilləşmənin tərkib hissəsi olduğunu qeyd edib:
“Bu mühüm addım ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.
Nəticə etibarilə idarəetmə sistemində çoxpilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ hallar aradan qaldırılacaq. Yenə də bu və digər struktur islahatlarının həyata keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunun artırılmasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə