İddia qaldırdı: Siqaret paketinin üzərindəki ölən atasını fotosudur





İki il əvvəl qan xərçəngi səbəbiylə itirdiyi atasının şəkilini siqaret paketinin üzərində görən ingilis qadın, əksinə sübut edilmədiyi təqdirdə hüquqi əməliyyat başlatmağa hazırlaşır. 

Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərədə yaşayan Jodi Charles, iki il əvvəl vəfat edən atasına aid olduğunu iddia etdiyi bir şəkili, bir siqaret paketinin üzərində görüncə həyatının şokunu yaşadı. Hadisə keçən çərşənbə axşamı günü Essexdə yaşanıb. Charles, 14 yaşlı qızının Amber Leaf marka siqaret paketinin üzərində babasının foto şəkilini gördüyünü söyləməsi ilə vəziyyəti fərq etdi. Charles, "Paketi anama da göstərdim və o da əmin idi" deyə bildirib.

"Yüz faiz atamdər”

Yaşananların bütün ailəsinə acı verdiyini söyləyən iki uşaq anası Charles, xəbərdarlıq edilən şəkilin 2015-ci ildə 66 yaşında qan xərçəngindən vəfat edən atasına aid olduğundan yüz faiz əmin olduğunu ifadə edir.
Atasının belə bir hadisəyə əsla icazə verməyəcəyini ifadə edən Charles, xəstəxanada çalışan birinin fotonu çəkdiyini iddia edir. Rossun son 10 ayını keçirdiyi Essexdəki Basildon Universiteti xəstəxanası isə bu iddianı rədd edib. Digər yandan hadisəni araşdıran Avropa Birliyi Komissiyası da foto şəkilin bir başqasına aid olduğunu və "fərdi gizlilik səbəbiylə" məlumat verilə bilməyəcəyini qey etdib. Charles isə əksinə sübut edilmədiyi təqdirdə, xəstəxanaya təzminat iddiası açacağını söyləyib.