İdman, riyaziyyat, fizika müəllimini bağçaya necə işə götürmək olar?
20:17 17.04.2017
Arxiv
533
Əjdər Ağayev: “Əgər söhbət ali pedaqoji təhsil almış şəxslərdən gedirsə, burada yalnız humanitar ixtisaslar üzrə təhsil almış şəxslər nəzərdə tutulmalıdır”
Bundan belə ali pedaqoji təhsil almış şəxslər məktəbəqədər təhsil müəssisəsinə işə qəbul ediləcəklər. "Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı parlamentin Elm və Təhsil komitəsinin sədri İsa Həbibbəyli bu barədə məlumat verib. Komitə sədri qeyd edib ki, ölkədə məktəbəqədər təhsil şəbəkəsi getdikcə genişlənir, dövlət başçısının tapşırığı ilə regionlarda məktəbəqədər təhsil ocaqları açılır.
Belə vəziyyət gələcəkdə məktəbəqədər təhsil üzrə kadr çatışmazlığı yarada bilər. Bunu nəzərə alaraq qanun layihəsində ali pedaqoji təhsil almış mütəxəssislərin məktəbəqədər təhsil müəssisəsinə təyin edilməsi qanun layihəsində əksini tapıb. Komitə sədri xatırladıb ki, hazırda məktəbəqədər təhsil ocaqlarında yalnız bu ixtisas üzrə təhsil alanlar fəaliyyət göstərir.
Dəyişikliyi şərh edən Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev "Şərq”ə açıqlamasında ali pedaqoji təhsil almış şəxslərin fərqləndirilməli olduğunu dedi:
- Ali pedaqoji təhsil fizika üzrə də ola bilər, riyaziyyat üzrə də, idman üzrə də. İdman müəllimi ixtisası üzrə təhsil almış adamı məktəbəqədər təhsil müəssisəsinə, uşaq bağçasına necə işə götürmək olar?! Fizika, riyaziyyat, informatika üzrə ali pedaqoji təhsil almış adam uşaqlarla hansı tərbiyəvi iş aparacaq? Əgər söhbət ali pedaqoji təhsil almış şəxslərdən gedirsə, burada yalnız humanitar ixtisaslar üzrə təhsil almış şəxslər nəzərdə tutulmalıdır. Qanun layihəsinə də belə yazılmalıdır ki, kadr ehtiyacı yarandıqda ali pedaqoji humanitar ixtisaslı kadrlardan istifadə edilsin. Yəni, burada humanitar yönümlü ixtisaslar xüsusi vurğulanmalıdır. Ali pedaqoji təhsil almış şəxslər ucdantutma məktəbəqədər təhsil müəssisəsinə aid edilə bilməz. Məktəbəqədər təhsil xüsusi bir ixtisasdır. Bu ixtisas üzrə ali təhsil alanlar uşaqlarla işləmək bacarığına yiyələnirlər, uşaq psixologiyası, uşaq pedaqogikası, uşaqların qidalanması, uşaqlarla tərbiyəvi iş, uşaq sağlamlığı... uşaqlara aid nə varsa, hamısı burada öyrədilir. Ümumi ali pedaqoji təhsildə uşaqlarla bağlı lazım olan bütün biliklər öyrədilmir. Tələbələr bu biliklərə qismən yiyələnirlər. Çünki hər ixtisasın özünün istiqaməti, öz öyrənmə predmeti var. Tarix riyaziyyatı öyrənmir, riyaziyyat tarixi və s. digər ixtisaslar da o cümlədən. Yalnız sırf məktəbəqədər ixtisası üzrə təhsil alanlar məktəbəqədər təhsil ocaqları, uşaq bağçalarında fəaliyyət göstərmək üçün hazırlanır. Ona görə də qanun layihəsində bu məsələ dəqiq əksini tapmalıdır.
Ə.Ağayev məktəbəqədər ixtisası üzrə kadr çatışmazlığının yaranma ehtimalının da anlaşılmaz olduğunu bildirdi:
- Azərbaycan Pedaqoji Universiteti məktəbəqədər təhsil ixtisası üzrə kadr hazırlayır. Digər ali və orta ixtisas təhsili müəssisələri, kolleclər var ki, onlar da sırf məktəbəqədər təhsil ixtisası üzrə kadrlar, uşaq bağçası müəllimi hazırlayır. Bəs bu qədər kadr hara gedir ki, kadr çatışmazlığı yaranır?! Kadrlar var, sadəcə onları işə cəlb etmək lazımdır. Mövcud kadrlar işlə təmin edilsələr, heç bir çatışmazlıq da yaranmaz.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial
Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO
16:49 29.09.2026
Hadisə
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
16:39 29.09.2026
Gündəm
Lənkəranda hissedilən zəlzələ olub
16:06 29.09.2026
Hərbi
Alimləri heyrətə salan “xəyalət”: 100 milyonda bir rast gəlinir
16:02 29.09.2026
Maraqlı
İrandan vəd: Öldürüb cəsədini gətirin, 10 milyrad verək!
15:58 29.09.2026
Dünya