İdmançıları daşıyan avtobus aşdı: 1 ölü, 8 yaralı - YENİLƏNİB - VİDEO





 
Salyanda baş verən qəzada ölən şəxsin kimliyi bəlli olub.
 
ONA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza zamanı Şirvan şəhər sakini, 11 yaşlı Əhmədov İlkin Adil oğlu hadisə yerində ölüb.
 
O, avtomobilin sürücüsü və məşqçi Samir Əhmədovun əmisi nəvəsidir
 
10:27
 
Salyanda baş verən qəzada yaralananların adları bəlli olub.
 
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, yaralanan şəxslər bunlardır:
 
Ağayev Ülvi Dostum oğlu (2008)
 
Kazımov Fərid Saleh oğlu (2008)
 
Əzizov Hüseyn Əliağa oğlu (2005)
 
Əhmədov Kamal Samiroğlu (2007)
 
Əhmədov SamirƏhməd oğlu 1980 (sürücü və məşqçi)
 
Səfərov Murad Əhməd oğlu (2008)
 
Ramazanov Adəm Seymur oğlu (2008)
 
Kazımov Əli İntiqam oğlu (2007)
 
Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.
 
09:37
 
Salyanda idman yarışına gedən gənclərdən ibarət mikroavtobus qəzaya uğrayıb, bir nəfər ölüb.
 
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Vita” markalı avtomobil idarəetməni itirərək və yoldan çıxaraq aşıb. Hadisə nəticəsində gənc idmançılardan biri ölüb, 6 nəfər yaralanıb. Yaralılar Salyan rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.