İhsanoğlu: Qlobal Bakı Forumu Azərbaycanın dünyada nüfuzunun artmasına töhfə verir
07:05 15.03.2019
Arxiv
544
Qlobal Bakı Forumunun böyük əhəmiyyəti var.
Bunu Trend-ə İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmələddin İhsanoğlu deyib.
O qeyd edib ki, hər il bu forumda çoxlu sayda hazırkı və sabiq dövlət, eləcə də hökumət başçılarının bir araya gəlməsi ev sahibi kimi Azərbaycanın nüfuzunun göstəricisidir: "Eyni zamanda forum Azərbaycanın dünyada nüfuzunun artmasına, haqq səsinin dünyada eşidilməsinə öz töhfəsini verir. Dağlıq Qarabağ münaqişəsinin həlli nəinki Azərbaycan, bütün türk və İslam dünyası üçün önəmli məsələdir”.
E.İhsanoğlu əlavə edib ki, Azərbaycanla uzun müddətdir əməkdaşlıq edir: "Azərbaycanın dünyadakı etibarının ildən-ilə güclənməsini görürəm. Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun qurulmasında aktiv rol oynayır”.
Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Mövzusu "Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 55 ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.
Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya
Sumqayıt-Bakı istiqamətində yol çökdü
16:38 22.05.2026
Hadisə
Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
16:23 22.05.2026
Gündəm
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
16:19 22.05.2026
Gündəm
Dünyanın ən qısa təyyarə reysi - Cəmi 53 saniyə çəkir
15:31 22.05.2026
Dünya
SEPAH: Hörmüz boğazından 35 gəmi keçib
15:27 22.05.2026
Dünya
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
15:02 22.05.2026
Gündəm