Akif Nağı: "Onlar əllərinə imkan düşən kimi bütün qonşu ölkələrin sərhəd zonalarında yaşayan vətəndaşlarına qarşı bu formada çirkin addımlar atırlar"
İki aydır Ermənistanda saxlanan şagird vətəninə dönəcək
08:20 21.09.2018
Arxiv
822
Qonşuluq nədir bilməyən mənfur düşmənlərimiz azyaşlı uşaqlara belə mərhəmət göstərmirlər
Akif Nağı: "Onlar əllərinə imkan düşən kimi bütün qonşu ölkələrin sərhəd zonalarında yaşayan vətəndaşlarına qarşı bu formada çirkin addımlar atırlar"
Akif Nağı: "Onlar əllərinə imkan düşən kimi bütün qonşu ölkələrin sərhəd zonalarında yaşayan vətəndaşlarına qarşı bu formada çirkin addımlar atırlar"
Türkiyə ilə Ermənistan sərhəddini pozduğu üçün təxminən 2 aydır məhbus həyatı yaşayan lisey şagirdi Umut Ali Özmen bazar ertəsi günü Türkiyəyə təslim ediləcək. Məlumat üçün deyək ki, Türkiyə vətəndaşı 16 yaşlı Umut iyulun 24-də yolunu azaraq Ermənistan tərəfə keçib və həbs olunub.
Hadisədən dərhal sonra Qars valiliyi Ermənistanın müvafiq orqanları ilə əlaqə saxlayıb. Qurulan rəsmi təmasdan və diplomatik kanalların işə salınmasından sonra Umut Ali Özmenin qaytarılması barədə razılıq əldə olunub.
Danışıqların nəticəsi olaraq 24 sentyabr günü atası Mustafa Özmenin Ermənistana gedərək oğlunu təslim almasına icazə verilib. Əslində bu hadisə bir daha ermənilərin xislətini nümayiş etdirir. Qonşuluq nədir bilməyən mənfur düşmənlərimiz azyaşlı uşaqlara belə mərhəmət göstərmirlər.
Yolunu azaraq səhvən Ermənistana adlayan balaca bir uşağın adını "diversant” qoyaraq onu 2 ay həbsdə saxlayır, öz çirkin əməllərini hər fürsətdə ortaya qoyurlar. Halbuki Ermənistan hazırda Türkiyə ilə müharibə şəraitində deyil.
Qarabağ münaqişəsi səbəbindən iki ölkə arasında sərhədlər bağlanıb. Buna baxmayaraq, Türkiyədə minlərlə erməni yaşayır və sərbəst şəkildə fəaliyyət göstərirlər. İndiyə qədər Ermənistan tərəfdən azaraq Türkiyəyə keçən xeyli insan olub. Lakin Türkiyə tərəfi onları dərhal geri qaytarıb. Əlbəttə, ermənilərdən bu insani davranışı gözləmək əbəsdir. Çünki düşmən hər əməli və niyyəti ilə həqiqətən düşmən olduğunu dəfələrlə sübut edib.
Məsələni "Şərq”ə dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, bu cür hərəkət ermənilərin əsl simasını göstərir. Onlar əllərinə imkan düşən kimi bütün qonşu ölkələrin sərhəd zonalarında yaşayan vətəndaşlarına qarşı bu formada çirkin addımlar atırlar:
"Əgər kimsə dumanlı havada təsadüfən yolunu azaraq Ermənistan tərəfə keçirsə, dərhal onu həbs edirlər, adını da qoyurlar "kəşfiyyatçı”. Özləri üçün bunu fürsət bilirlər və günahsız sivil adamdan öz məqsədləri üçün yararlanmağa çalışırlar. Sanki bundan həzz alırlar. Bu, bir daha ermənilərin türklərə, müsəlmanlara olan nifrətini göstərir. 16 yaşlı uşaqla bağlı məsələ o həddə çatdı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan erməni baş nazir Nikol Paşinyana zəng edərək dərhal buraxılmasını tələb etdi. Paşinyan da söz verdi.
Buna rəğmən uşağı bir həftə artıq saxlamaq istəyirlər. Əslində səhvən sərhədi keçən 16 yaşlı uşaq dərhal geri qaytarılmalı idi. Axı o, azyaşlıdır və kəşfiyyatla yaxından-uzaqdan əlaqəsi yoxdur”.
A.Nağı bəyan edib ki, ermənilərin məqsədi məsələni şişirtmək, qonşu ölkələri qıcıqlandırmaq və bu məsələdən dividend əldə etməkdir:
"Belə hadisələr dəfələrlə təkrar olunub. Gürcüstanda yaşayan azərbaycanlılara qarşı da bu cür hərəkətlər edilib. Pələngovlar ailəsindən iki nəfər azaraq Ermənistana keçmişdi. Düşmən ölkə bunu böyük problemə çevirdi. Uzun sürən söz-söhbətdən sonra onları birtəhər geri qaytarmaq mümkün oldu”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm