"Yox əgər şəxsi rəy əsasında kitab yazıbsa, bilməlidir ki, şəxsi rəylər heç bir yerdə qəbul olunmur"
İlahiyyatçı Sərdar Cəlaloğlunun "Qurani-Kərim" təşəbbüsünü alqışladı
07:25 15.03.2019
Arxiv
881
"Əgər kitab elmi və fəlsəfi baxımdan, dəlil-sübutlar əsasında hazırlanıbsa, təqdirəlayiq hesab edirəm"
"Yox əgər şəxsi rəy əsasında kitab yazıbsa, bilməlidir ki, şəxsi rəylər heç bir yerdə qəbul olunmur"
"Yox əgər şəxsi rəy əsasında kitab yazıbsa, bilməlidir ki, şəxsi rəylər heç bir yerdə qəbul olunmur"
Ötən gün "Şərq”ə müsahibə verən Azərbaycan Demokrat Partiyasının sədri, tanınmış siyasətçi Sərdar Cəlaloğlu 30 cildlik "Qurani-Kərim"in elmi-fəlsəfi izahı” adlı əsərini tamamladığını bildirib. Ərəb dilini bilmədiyini vurğulayan S.Cəlaloğlu müxtəlif dillərdə olan tərcümələrdən istifadə edərək Quranın elmi-fəlsəfi baxımdan geniş izahını hazırladığını deyib. Müəllif bu üslubda islam tarixində heç kəsin belə bir kitab yazmadığını, keçmiş dövrlərdə yazılan Quran şərhlərində yanlışlıqların olduğunu bəyan edib. Partiya sədrinin sözlərinə görə, keçmiş dövrdə yaşayan alimlər müasir elmləri bilmədikləri üçün onların şərhi natamam sayılır.
Tanınmış siyasətçinin təşəbbüsünü "Şərq”ə dəyərləndirən ilahiyyatçı-alim Hacı Atif İsmayılov bildirib ki, təfsir bir neçə sahəyə, sinifə bölünür. Ona görə də "Qurani-Kərim"ə indiyə qədər yazılmış şərhlərin hamısı yanlışdır” demək doğru olmaz:
"Hazırda əksəriyyətin bildiyi və istifadə etdiyi təfsirlər məcmuyi xarakter daşıyır, yəni ayələr ardıcıl şəkildə və bütövlükdə izah edilir. Amma bir də "təfsir mövzuyi” deyilən bir məfhum var. Məsələn, "Qurani-Kərim"də hansısa elmi metod, termin, konkret bir mövzudan bəhs edilirsə, həmin məsələ ilə bağlı nə qədər söz və cümlə varsa, hamısı bir yerə toplanılır.
Fərz edək ki, "Qurani-Kərim"də insan haqqında ümumilikdə 300 ayə var. "Təfsiri mövzuyi” yazan müəllif 300 ayəni elmi-fəlsəfi tərzdə şərh edir və insanlara çatdırır. Ona görə də bu formada yazılan əsərləri ilk hesab etmək doğru deyil, çünki əvvəllər də yazanlar olub. Xüsusən, ərəb dilində əhəmiyyətli təfsirlər mövcuddur. Sadəcə onların bir çox elmi ədəbiyyata məlum olmadığından insanlar tərəfindən tanınmır. Ancaq Sərdar bəy Azərbaycan cəmiyyəti üçün izahlı kitab qələmə alıbsa, deməli, mövcud əsərlərdən fərqli bir kitab hazırlayıb. Əgər kitab elmi və fəlsəfi baxımdan, dəlil-sübutlar əsasında hazırlanıbsa, təqdirəlayiq hesab edirəm. Yox əgər şəxsi rəy əsasında kitab yazıbsa, bilməlidir ki, şəxsi rəylər heç bir yerdə qəbul olunmur”.
İlahiyyatçının sözlərinə görə, Azərbaycan dilinə tərcümə olunmuş mühüm izahlı təfsirlərdən biri Əllamə Təbatəbaiyə aiddir:
"Onun bir neçə cildlik təfsir kitabı var. Son zamanlar "Təfsiri Nümunə” kitabı da Azərbaycan dilinə tərcümə olunub. Lakin bu növ təfsirlər ümumi xarakter daşıyır. Azərbaycanda "təfsiri mövzuyi” yazılmayıb, əcnəbi dildə olanlar isə hələlik dilimizə tərcümə olunmayıb. Əslində, mənim "Qurani-Kərim"də insan” adlı bir kitabım var. Araşdırma aparmışam və "Qurani-Kərim”də insandan necə bəhs olunduğunu, insanın bizə necə təqdim edildiyini yazmışam. Yəni insan mövzusundan kənara çıxmamışam. Bu da bir növ "təfsiri mövzuyi” adlanır.
H.A.İsmayılov "keçmiş dövrdə yaşayan alimlərin şərhləri natamam sayılır” fikrində də həqiqətlərin olduğunu deyib:
"Əlbəttə, bu cür dəyərləndirmək olar. Bilirsiz, elm durmadan inkişaf edir. Şübhəsiz, burada natamam olan əsla "Qurani-Kərim" deyil, müxtəlif dövrlərdə ona yazılan şərhlər, təfsirlər natamam ola bilər. Elm inkişaf etdikcə alimlərin fikirləri, düşüncələri, dünya görüşləri də dəyişir. O baxımdan "Qurani-Kərim"in müasir elmlər əsasında izah olunaraq cəmiyyətə çatdırılması müsbət addımdır. Bunu ancaq alqışlamaq olar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya
Sumqayıt-Bakı istiqamətində yol çökdü
16:38 22.05.2026
Hadisə
Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
16:23 22.05.2026
Gündəm
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
16:19 22.05.2026
Gündəm
Dünyanın ən qısa təyyarə reysi - Cəmi 53 saniyə çəkir
15:31 22.05.2026
Dünya
SEPAH: Hörmüz boğazından 35 gəmi keçib
15:27 22.05.2026
Dünya
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
15:02 22.05.2026
Gündəm