İmamoğlu danışdı: “Günün sonunda hər şey gözəl olacaq”

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul merliyinə namizədi Əkrəm İmamoğlu bu gün keçirilən təkrar səsvermədə səs verib.
Sherg.az "Milliyət” qəzetinin saytına istinadən xəbər verir ki, İmamoğlu, xanımı Dilək İmamoğlu və oğlu Səlim İmamoğlu ile səs vermək üçün Bəylikdüzündəki Haldun Taner adına orta məktəbinə gəlib.
"Hər şey çox gözəl olacaq”, "Əkrəm başqan” və "Haqq, hüquq, ədalət” şüarları ilə səs verəcəyi məktəb sinifinə daxil olan İmamoğlu, məntəqə nümayəndələri ilə tək-tək görüşüb.
İmamoğlu ailəsi 1382 nömrəli seçki qutusuna səsləri atdıqdan sonra Ə.İmamoğlu media mənsublarına açıqlama verib. O, bildirib ki, Türkiyə və İstanbul üşün çox önəmli seçki keçirilir. Fikrinə davam edən CHP namizədi bu seçkinin təkcə İstanbu bələdiyyəsi seçkisinin olmadığını vurğulayıb:
"Bu eyni zamanda, Türkiyənin demokratiyasının bərpası günüdür. Həm demokratiyamız, həm İstanbulumuz, həm də ölkəmizin gələcəkdəki seçkilərinin demokratik keçirilməsi üçün bu gün önəmlidir. Xalqımız haqq, hüquq və ədalət duyğuları ilə vicdanları ilə ən doğru qərarı verəcək. Seçkilərin şəhərimizə və ölkəmizə xeyirli olmasını diləyirəm. Günün sonunda hər şey çox gözəl olacaq”.
Anar