İnam Kərimov meyvə və tərəvəz istehsalçıları və ixracatçıları assosiasiyasının üzvləri ilə görüşüb
06:18 31.07.2018
Arxiv
727
Görüşdə meyvə-tərəvəz istehsalçılarının problemləri və onlardan çıxış yolları müzakirə olunub
Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Görüşə "Buta”, "Amoris”, "Agrosell”, "Grow Group”, "Green Tech”, "Azərsun Holding”, "Binə Agro” şirkətlərinin nümayəndələri qatılıblar. Görüşdə meyvə-tərəvəz istehsalçılarının problemləri müzakirə olunub, problemlərdən həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılıb.
"Sherg.az"ın xəbərinə görə, nazir İnam Kərimov Gələcəkdə Assosiasiyanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aqrar sahədə kiçik təhlil mərkəzinin yaradılmasını, bu qurumun Kənd Təsərrüfatı Nazirliyini nəzdində Aqrar Tədqiqatlar Mərkəzi ilə sıx əməkdaşlıq əlaqələri qurmasını tövsiyə edib. Bundan başqa görüşdə Assosiasiyanın təşkilatlanması və onun gələcək inkişafı ilə bağlı idarəetmə mexanizminin optimallaşdırılması üçün katibliyin yaradılması məsələsinə də toxunulub.
Assosiasiya üzvləri bu cür görüşlərin keçirilməsini müsbət dəyərləndirib və mütəmadi fikir mübadiləsi aparmaq üçün yeni platformaların yaradılmasını məqbul sayıblar. Görüşdə ölkəyə ən son nəsil aqrotexniki avadanlıqların gətirilməsi, bu avadanlıqların assosiasiyaya üzv şirkətlərə verilməsi, bitki sortlarının təhlili üçün Quba Əkinçilik İnstitutu ilə birgə əməkdaşlıq, badam bağlarının salınmasına dəstək verilməsi, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililərin inşasına icazə verilməsinə köməklik göstərilməsi, kənd təsərrüfatı təyinatlı tikililərin təyinat hüququnun tanınması və onların rəsmi sənədləşməsinin aparılması, mövcud xarici bazarların keyfiyyətli məhsulla təmin olunması kimi təkliflər müzakirə olunub.
Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov, Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Vüqar Babayev, nazirliyin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov da iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya