İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb -YENİLƏNİB-3
07:37 06.08.2018
Arxiv
593
İndoneziyanın şərqindəki Lombok adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb.
"Report” "Haber7”yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 300-dən çox insan yaralanıb.
*** 01:29
Bazar günü İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində ölən insanların sayı 82 nəfərə çatıb.
"Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Reuters" məlumat yayıb.
Bildirilir ki, təbii fəlakət nəticəsində minlərlə insan təxliyyə edilib.
***22:58
Bakı. 5 avqust. REPORT.AZ/ İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, onlarla insan xəsarət alıb.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Qarşısının alınması Agentliyinə istinadən "DPA" nəşri məlumat yayıb.
Yeraltı təkanların episentri Mataram şəhərindən şimal-şərqdə yerləşib.
Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.
***19:33
Bakı. 5 avqust. REPORT.AZ/ İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə baş verən zəlzələ nəticəsində 16 nəfər həyatını itirib.
"Report" "Dpa" nəşrinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Mataram şəhərindən şimal-şərqdə yerləşib.
Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya