"İntihara cəhd edənlər oxşar metoda əl atırlar" - Sosial mediada yayılan xəbər və videoların acı nəticəsi
15:52 30.07.2018
Arxiv
789
"Sosial şəbəkələrdə intihar xəbərinin həddən çox verilməsi psixi gərginliyi olan insanların özünə qəsd etməsinə şərait yaradır”
Bu sözləri "Sherg.az”a intiharların artmasında sosial medianın rolu barədə danışarkən sosioloq Cavid İmamoğlu söyləyib.
Onun qənaətincə, doğrudan da intiharların sosioloji araşdırmaları onu göstərir ki, sosial medianın belə olaylara təsiri böyükdür:
"Bəzən bir neçə insan oxşar intihar metoduna əla atır. Bütün bunlar da sosial medianın bu sahədəki aktiv təsirini göstərir. Sosial mediada intihar xəbərləri yayarkən diqqət edilməsi vacib olan bir neçə məsələ var. Birincisi odur ki, belə xəbərlərinin başlığını intihar qoymaq olmaz. İkincisi belə xoşagəlməz olayların görüntülərində onu hansı vasitə ilə etdiyini göstərmək düzgün deyil.
Bundan başqa belə xəbərlər hüquq-mühafizə orqanları tərəfindən təsdiqləndikdən sonra olay intihar hadisəsi adlandırılmalıdır. Hadisə təsdiqlənənə qədər məsələyə cinayət və ölüm olayı kimi yanaşmaq lazımdır. Amma bizdə buna tam əməl edilmir. Bəzən belə hadisələri insanda şok yaradacaq şəkildə aktuallaşdırılır. Beləliklə də göstərişləri kobudluqla pozmuş olurlar.
Ümumiyyətlə, sosial media üzvləri intihar xəbələri ilə bağlı bütün qaydalara əməl etməlidirlər. Çünki indiki vəziyyət ətrafda təhlükə yaradır. Hazırda psixi durumu həsas insanlar çoxdur. Belə görüntülər həmin insanlara mənfi təsir göstərə bilər. Onlar da sonlarını video və şəkildələrdəki xəbərlərin "qəhramanları" kimi tamamlayır. Buna görə də intihar xəbərlərinə diqqət etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya