İran Ermənistanda texnoloji mərkəzlər açır
Yusif Nəzərli
08:42 14.09.2022
Arxiv
2285
İkinci Qarabağ savaşından sonra iki ölkə arasında inteqrasiyalar hədsiz güclənib
"İran rəsmiləri Ermənistanla sinxron formada fəaliyyət göstərir". Bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib. Ekspert bildirib ki, Azərbaycanın erməni təxribatlarına qarşı cavab tədbirləri başlayan anda, heç bir dəxli olmadığı halda İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Tehranın Azərbaycan və Ermənistan arasında gərginlikdən narahat olduğunu deyərək “sərhədlərin dəyişdirilməsinin əleyhinə olduqlarını” bildirib:
"İran mediası, guya, Azərbaycanın "hücum etdiyini" açıqlamaqla Ermənistanla müttəfiq olduqlarını bir daha göstərdilər. Ümumiyyətlə, erməni mediasından görmək olardı ki, İkinci Qarabağ savaşından sonra Ermənistan və İran arasında əlaqəlar, birgə toplantılar, görüşlər, inteqrasiyalar hədsiz güclənib. Ermənistan texnologiyalar və innovasiyalar sahəsində də İranla tam işbirliyindədir.
İran bu ölkədə bir neçə texnoloji mərkəzlər açıb. Ötən ay İranda Rusiya, Belarus və maraqlıdır ki, həm də Ermənistanın iştirakı ilə dron üzrə hərbi təlimlər, yarışlar keçirilib. Cari ilin may ayında isə İran Tacikistanda hərbi dronlar istehsal edən müəssisənin açılışını edib. Maraqlıdır, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən yeni hərbi texnikaların alınmasından danışıb.
İstisna etmirəm ki, İran da Rusiyanın etdiyi kimi pulsuz və güzəştli silah və hərbi texnikanı, hərbi texnologiyaları Ermənistana verməkdə maraqlıdır".
O.Gündüzə görə, Qafanda konsulluq açan İran, İrəvanda dron zavodu açmaqdan da çəkinməz: "Son zamanlar hər iki ölkə arasındakı texnoloji iş birliklərinin güclənməsi düşünmək üçün əsas verir ki, Ermənistan öz ərazisində silah istehsalı, xüsusən dron istehsalında İran texnologiyalarından istifadəyə ciddi maraq göstərir.
Xatırlayıram ki, İkinci Qarabağ savaşı zamanı İran ərazisindən Ermənistana silah daşınmasını əks etdirən videomateriallar yayılmışdı. Rusiya da İran üzərindən Ermənistana silah göndərirdi. Beləliklə, indiki durumda, İranın tələm-tələsik "qırmızı xətt" açıqlaması verməsindən görünür ki, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi və sərhədləri möhkəmləndirməsi onları qane etmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə