"İran müdafiə nazirinin Azərbaycana səfəri məqsədlidir" - Polkovnik
15:37 21.02.2018
Arxiv
987
"İran Azərbaycanın bir çox məsələlərdə strateji partnyorudur. Cənub qonşumuzla digər sahələrdə olduğu kimi hərbi sahədə də sıx əməkdaşlığımız var”.
Bu barədə "Sherg.az”a İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin ölkəmizə səfərindən danışarkən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.
O vurğulayıb ki, bəzi güc strukturlarının nümayəndələri ölkəmizə mütəmadi səfərlər təşkil edirlər:
"Azərbaycan nümayəndə heyəti də İrana çox sıx səfərlər həyata keçirir. İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və digər dövlətlər kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. İranın hərbi potensialı da kifayət qədər güclüdür. Ona görə, cənub qonşumuzla bu sahədə əməkdaşlıq bizim üçün də əhəmiyyətlidir. Azərbaycanın İranda daimi hərbi nümayəndəliyi var.
Əmir Hatəminin ölkəmizə səfəri məqsədlidir. Ona görə, nazirlər arasında razılaşmalardan, əhəmiyyətli müzakirələrdən söhbət gedə bilər. Xəzər dənizinin təhlükəsizliyi ilə bağlı gündəmdə olan mövzular var. İki dövlətin marağında olan digər məsələ isə Cənubi Qafqazın təhlükəsizliyi, və bu istiqamətdə atılan addımlardır.
Hesab edirəm ki, İran və Azərbaycan arasındakı münasibətlər bundan sonra da inkişaf edəcək. Rəsmi Tehranla əməkdaşlıq rəsmi Bakı üçün də vacibdir”.
Qeyd edək ki, ölkəmizdə səfərdə olan İran nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyub.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Qonaq fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq general-mayor Ə.Hatəmi "Şərəf kitabı”nı imzalayıb
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm