İranda hərbi parad zamanı törədilən terrorda ölənlərin sayı 24-ə çatıb - VİDEO - YENİLƏNİB-3
10:30 22.09.2018
Arxiv
803
İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
"Report” xəbər verir ki, məlumatı "PressTV” yayıb.
*** 11:54
Bakı. 22 sentyabr. REPORT.AZ/ İranın cənubunda yerləşən Xuzistan əyalətinin Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində ölən hərbçilərin sayı 10-a çatıb, 21 nəfər yaralanıb, 2 terrorçu zərərsizləşdirilib .
"Report” "Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu Xuzistan əyaləti valisinin siyasi məsələlər üzrə müavini bildirib.
*** 10:49
İranın cənubunda yerləşən Xuzistan əyalətinin Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində 7 hərbçi ölüb, 2 terrorçu zərərsizləşdirilib .
"Report” xəbər verir ki, məlumatı "Tasnim” agentliyi yayıb.
Bildirilib ki, terrorçulardan ikisi hadisə yerindən qaçıb.
Terror törədənlər barədə hələ ki, rəsmi məlumat verilməyib.
*** 10:20
İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.
"Report” xəbər verir ki, məlumatı Türkiyə KİV-ləri yayıb.
Qeyd edək ki, sentyabrın 22-də "Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb. Bu münasibətlə İran İnqilab Keşikçiləri Qvardiyası və Ordu Tehran da daxil olmaqla İranın bütün şəhərlərində hərbi parad keçirir. Ölkə paytaxtında keçirilən tədbirdə İslam Respublikasının prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani iştirak edib.
Tədbirə körfəzdən və Bəndərabbas limanından 600 döyüş gəmisi də qatılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm