İranda kredit kart dövrü başladı




İrandakı banklar, daxili bazarı canlandırmaq məqsədiylə müştərilərinə ilk dəfə kredit kartı payladı. İlk gündən on minlərlə kredit kartı dağıdıldı.
İran mətbuatının xəbərlərinə görə, ölkənin iqtisadiyyatını gücləndirmək məqsədiylə çıxarılan kredit kartları, Mərkəz Bankı tərəfindən təyin olunan ən alt limit 100 milyon riyal (2800 dollar), 300 milyon riyal (8400 dollar) və ən üst limit 500 milyon riyal (14 min dollar) olmaqla üç fərqli kart limitiylə xalqa təqdim edildi.

Banklar tərəfindən verilən kredit kartlarının beynəlxalq kredit kartı şirkətləriylə heç bir əlaqəsi olmadan yalnız ölkə içində istifadə ediləcəyi ifadə edildi.

Kredit kartının əvvəl istifadə edilmədiyi İranın bankçılıq sistemində yalnız bank kartları və öncə ödəməli kartlar istifadə edilirdi.