İranda zəlzələ baş verib, yaralılar var


İranda baş vermiş güclü zəlzələdə5 nəfər xəsarət alıb.

APA -nın Tehran bürosunun məlumatına görə, bu gecə İranın Kohkuluyə və Boyurəhməd əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.

Zəlzələ nəticəsində xəsarət alanlardan 2 nəfərin vəziyyəti ağırdır.Təbii fəlakət əhaliarasında təşvişə səbəb olub, əhali küçələrə çıxıb və gecəni küçədə keçirib. Yeraltı təkanlar nəticəsində əyalətin Kəçsaran, Çəram, Dogünbədan və Dehdəşt ərazilərində evlərdə çatlar yaranıb.İnfrastruka ziyan dəyib.

Zəlzələ İranın Xuzestan əyalətindəvəBuşehrdə dəhiss olunub.