İranın istehsal etdiyi uranın həcmi AÇIQLANDI


İran Hərtərəfli Birgə Fəaliyyət Planına qoşulduqdan sonra 24 ton uran istehsal edib.
APA -nın Tehran bürosunun məlumatına görə, bunu İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi deyib.
Ə. Salehi 24 ton uranın satışı və texniki göstəriciləri ilə bağlı açıqlama verməyib.