İranın Xəzər dənizinin adına həmişə qısqanclığı olub
07:08 20.09.2018
Arxiv
3017
Çünki bu su hövzəsi ətrafında tarixən xəzər türkləri yaşayıblar
"Ermənilərin Göyçənin adını Sevana dəyişməsi nədirsə, Xəzərin adının da "Kaspiana” dəyişdirmək cəhdi odur"
İranın Xəritəçəkmə qurumunun sədri Məsud Şafi bildirib ki, Xəzərin adı İranın daxili xəritələrində "Kaspian”la əvəz ediləcək. O deyib ki, hazırda beynəlxalq aləmdə bu dəniz "Kaspian” adlanır: "Biz onun daxili xəritələrdə də belə adlanmasını uyğun görürük. Ötən il Körfəzlə bağlı yeni xəritə təqdim edilib. Yarım əsrdən sonra İran xəritələrində adları ingiliscə yazmağa nail olduq.
Təbii olaraq, bu əhəmiyyətli hadisədə "Fars körfəzi” ifadəsi yayıldı. İndi dünyada bu addan istifadə edilir. Xəritələrimiz iki yerdə təsdiqlənib. Beynəlxalq Hidroqrafik Təşkilatda 5 mərhələdə təsdiqini səbirsizliklə gözləyirik. Bundan sonra isə çox əhəmiyyətli bir plan təqdim edəcəyik”. Bu məsələ siyasi ekspertlər tərəfindən müxtəlif cür şərh edilir. Bəziləri rəsmi Tehranın bu addımını Xəzər dənizi ilə bağlı imzalanan Konvensiyadan sonra Qərbə, daha doğrusu beynəlxalq aləmə qismən inteqrasiya kimi dəyərləndirirlər. Digər qrup isə bunun arxasında siyasi və iqtisadi maraqların dayandığını iddia edirlər.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan bildirir ki, istər Rza, istər Məhəmmədrza, istərsə də Xomeyni və ya Xamneyi zamanında İranda türk adlarına qısqanc münasibət kəskin olub. Analitik bildirib ki, iranlıların "Fars körfəzi” adlandırdığı yeri ərəblər Bəsrə, yaxud Ərəb körfəzi adlandırırlar:
"Bu körfəzin farslarla heç bir tarixi əlaqəsi olmayıb. İngilislərin həmin ərazini fars adlandırdığı üçün bölgə də o cür adlanıb. İndiki hakimiyyətin plansız fəaliyyəti nəticəsində quruyan, daha doğrusu qurudulan Urmiya gölünə Pəhləvilər "Şah gölü”, Urmiya şəhərinə isə "Rzaiyyə” adını vermişdilər. Ümumiyyətlə, İran hakimiyyətinin fars olmayan adlara qıcığı var. Xəzər də türkcədir. Bu su hövzəsinin ətrafındakı 5 dövlətdən 3-ü türk dövlətidir. İran mərkəzli fars düşüncə sisteminin nümayəndələri, yəni panfarsçılar bu durumda özlərini narahat hiss edirlər. Ona görə qıcıqlandırıcı əmələ əl atırlar. Günahı da yıxırlar beynəlxalq institutların üzərinə. Bəzi fars informasiya vasitələri hətta Qarabağın adını da fars dilinə tərcümə edərək, "Siyah kuh” adlandırırlar”.
Ekspert mərhum prezident Heydər Əliyevlə İranın ovaxtkı hökumət başçısı arasında Xəzərin adı ilə bağlı maraqlı bir dialoqu diqqətə çatdırıb: "Xatəmi deyir ki, - "Mazandaran gölü ətrafında yerləşən ölkələrin dövlət başçılarının Aşqabadda sammiti keçirildi. Bu, çox əhəmiyyətli bir zirvə görüşü idi.
Heydər Əliyev: - Mən başa düşmədim. Mazandaran gölü nə deməkdir?
Məhəmməd Xatəmi: - Siz tərəfdə Xəzərə "Qəzvin gölü”, İranda isə "Mazandaran gölü” deyirlər. Amma heç bir tərəf narahat olmasın deyə, onun adını Xəzər dənizi qoyaq.
Heydər Əliyev: - Onun adı çoxdan Xəzər dənizidir. Xəzər dənizinin adını dəyişmək olmaz.
Məhəmməd Xatəmi: - Bəli, onun adı ingiliscə "Kaspian si”dir.
Heydər Əliyev: - Bəli, Kaspian si - Xəzər dənizi.
Məhəmməd Xatəmi: - "Dəryayi-Kaspi”.
Heydər Əliyev: - "Dəryayi-Kaspi” sözünü mən birinci dəfədir eşidirəm”.
Bu dialoqdan göründüyü kimi islahatçı yaxud mühafizəkar olmasından asılı olmayaraq bütün panfarsçıların mövqeyi türk adlarına qarşı çıxmaqdır. Sual olunur, İrandakı hakimiyyət ingilislərin və qərblilərin mədəniyyətinə və s. davranışlarına qarşı çıxdıqları halda nə yaxşı Xəzərin ingiliscə adlanmasını qəbul edirlər?! Həmin danışıqda Xatəmi "Sizdə onu Qəzvin dənizi adlandırırlar” deməklə bizə böhtan atır. Ancaq hər kəs bilir ki, Xəzər dənizi ətrafında xəzər türkləri yaşayıb. Onlar həmin bölgənin yiyələri olublar. Tehran isə tarixi gerçəkliyi unutdurmaq, saxtalaşdırmaq üçün belə bir addımı atır. Bir də onlara Azərbaycan Respublikası, Xəzər, türk adlarını demək ağır gəlir. Çünki xəbis və qısqancdırlar. Ermənilərin Göyçənin adını Sevana dəyişməsi nədirsə, Xəzərin adının da "Kaspiana” dəyişdirmək cəhdi odur”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət