İsrail və Rusiya hərbi koordinasiyanı gücləndirəcək, amma...





"İsrail və Rusiya hərbi koordinasiyanı gücləndirəcək". 

"Sherg.az" "lefigaro.fr"ə istinadən xəbər verir ki,  bu barədə Suriya ordusu tərəfindən Rusiya kəşfiyyat təyyarəsinin məhv edilməsindən bir neçə gün sonra İsrail hökuməti məlumat verib. 
 
Hökumət onu da dəqiqləşdirib ki, bu güclənmə İsrailin Suriyadakı bəzi  hədəfləri bombalamaqdan imtina etməsi anlamına gəlməməlidir.

İsrail müdafiə naziri Aviqdor Lieberman da onu da diqqətə çatdırıb ki, onlar İsrail vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bu lazımi addımı atırlar. Hava hücumlarının sona çatması ilə əlaqədar müzakirələr aparılmayacaq".

Tərcümə etdi: Ayyət Əhməd