İstanbulda yüzlərlə könüllü qanvermə aksiyasına qoşulub
20:39 20.09.2018
Arxiv
619
İstanbulda bir neçə yerdə Aşura günü münasibətilə dini mərasim və qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, ən böyük aksiya şəhərin Halkalı adlı ərazisində Küçükçəlməcə bələdiyyəsi, Türkiyədə təmsil olunan azərbaycanlılara məxsus icmalar və Qızıl Ay Cəmiyyəti tərəfindən təşkil olunub. Yəhya Kamal Bayatlı Mədəniyyət Mərkəzində keçirilən "Aşura günü qanvermə aksiyası”na yüzlərlə könüllü qoşulub.
Aksiyada Türkiyədə yaşayan, işləyən, təhsil alan soydaşlarımızla bərabər, yerli sakinlər, eləcə də İstanbulda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Böyük Millət Məclisinin üzvləri, ictimaiyyətin tanınmış simaları iştirak edib. Burada qan verən insanlar əvvəlcə müayinə olunur, onların qan vermək imkanları müəyyən edilir və sonra qanvermə məntəqəsinə daxil olurdular.
Təşkilat komitəsindən məlumat verilib ki, qanvermə prosesi başa çatandan sonra infeksiyalar üzrə müayinə olunacaq və təmiz qanlar ehtiyacı olan xəstələr üçün istifadə ediləcək.
Mədəniyyət mərkəzində çıxış edən təşkilatçılar bu aksiyanın dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq insanlar arasında həmrəylik və xeyriyyəçilik kimi hisslərin aşılanmasına xidmət etdiyini vurğulayıblar. Çox sayda insanın qatıldığı aksiya axşam saatlarına qədər davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm