İstehsal tarixi hər bir yumurtanın üzərinə yazılmalıdır
08:43 15.03.2019
Arxiv
1516
Çünki yumurta tez xarab olan və ağır xəstəliklər törədən quşçuluq məhsuludur
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi monitorinqlər aparılır.
Qida Təhlükəsizlik Agentliyindən verilən məlumata görə, aparılan monitorinqlər zamanı bəzi sahibkarların idxal olunan və ölkədə istehsal olunan yumurtaların qutuları üzərindəki istehsal tarixlərini dəyişdirməsi halları aşkar olunub. Eyni zamanda məlum olub ki, bəzi sahibkarlar xaricdən idxal olunan yumurtaları yerli müəssisələrin qutularına yerləşdirərək "yerli yumurta” adı altında satışa çıxarır. Aşkar olunan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.
Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin diqqətinə çatdırır ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və belə şəxslər haqqında qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində aparılan mütəmadi monitorinqləri yüksək dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov onların qaldırdığı məsələnin ciddi problem olduğunu deyib: "Azərbaycanda istehlakçı hüquqları kobud şəkildə pozulur. Əhaliyə təhlükəli və köhnə yumurtalar satırlar.
AQTA-nın bu faktları aşkara çıxarması sevindirici haldır. Yaxşı olar ki, problemin həlli istiqamətində də real addımlar atılsın. Azərbaycan qanunvericiliyinə görə, ölkənin əmtəə bazarında olan bütün mallar markalanmalı, üzərində firmanın adı, ünvanı yazılmalıdır. Rusiya standartlarına uyğun olaraq hər bir yumurtanın üzərində onun istehsal və son yararlılıq tarixi yazılmalıdır. Təqdirəlayiq haldır ki, Hacıqabul broyler istehsal etdiyi bütün yumurtaların üzərinə rayonun adını yazır. Digər yumurta istehsalçıları da bundan nəticə çıxarmalıdır. Əhali bilməlidir ki, 7 günlük yumurta dietik yumurta adlanır. Ondan sonrakı günlər isə mətbəx yumurtası adlandığı üçün qiyməti nisbətən aşağı olmalıdır. Çünki yumurta tez xarab olan və ağır xəstəliklər törədən quşçuluq məhsuludur”.
AİB sədri aprel ayında bazarlarda təhlükəli yumurtaların sayının artacağı ilə bağlı əhaliyə xəbərdarlıq edib. Həmin vaxt inqibatorların işə düşdüyünü vurğulayan E.Hüseynov deyib ki, inqibatorda mayalanması baş tutmayan yumurtalar yenidən satışa çıxarılır. Hesab edirəm ki, AQTA bu məsələni də nəzarətə götürüb, təhlükəli yumurtaların bazara çıxarılmasına mane olacaq.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya
Sumqayıt-Bakı istiqamətində yol çökdü
16:38 22.05.2026
Hadisə
Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
16:23 22.05.2026
Gündəm
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
16:19 22.05.2026
Gündəm
Dünyanın ən qısa təyyarə reysi - Cəmi 53 saniyə çəkir
15:31 22.05.2026
Dünya
SEPAH: Hörmüz boğazından 35 gəmi keçib
15:27 22.05.2026
Dünya
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
15:02 22.05.2026
Gündəm