İtaliya Jurnalistika Agentliyi: “Dünyanın ən böyük kabus şəhəri Ağdama səyahət”
11:29 29.03.2021
Arxiv
409
“Qafqazın Hirosiması” adlandırılan dağıdılmış Ağdama baxanda VIII əsrdə əsası qoyulmuş bu şəhərdə cəmi 30 il əvvəl 60 min insanın yaşadığına inanmaq çətindir.
Bu barədə İtaliya Jurnalistika Agentliyinin (AGI – Italian Journalist Agency) saytında dərc olunan “Dünyanın ən böyük kabus şəhəri Ağdama səyahət” adlı məqalədə qeyd olunub.
“Təsəvvür etmək çətindir ki, əvvəllər burada teatr, kinoteatr, hava limanı var idi, ticarət inkişaf edirdi, Azərbaycanın ən məşhur futbol komandası olan “Qarabağ” komandası oynayıb”, - məqalə müəllifi yazıb.
Məqalədə şəhərdə bir binanın belə salamat qalmadığı və bir vaxtlar insanların gəzdiyi küçələr boyunca səngərlərin göründüyü qeyd olunur.
Müəllif yazır ki, indi Ağdamda hər şey müharibəni xatırladır, həyatdan isə əsər-əlamət yoxdur.
“Qəbiristanlıqlar sistematik şəkildə məhv edilib, erməni əsgərləri və muzdlular qəbirləri təhqir ediblər”, - məqalənin davamında vurğulanır.
Məqalənin sonunda müəllif yazır ki, uzun illərdir əlçatmaz olan Ağdam bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələri ölkənin işğal olunmuş ərazilərini azad etdikdən sonra jurnalistlərin üzünə açılıb:
“Qafqazın bugünkü Hirosiması - acınacaqlı mənzərədir. Ərazidə basdırılmış çoxsaylı minalara görə bu ərazidə həyatın tam öz axarına düşməsi hələ mümkün deyil. Bütün Ağdamın minalardan təmizlənməsi 15 il çəkəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya