“Keşikçidağ” məbədi ilə bağlı məsələdə Rusiya izi... – PƏRDƏARXASI

Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurası "Keşikçidağ”la bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, bəzi qüvvələr Azərbaycan və Gürcüstan respublikaları arasına nifaq salmaq üçün sərhəd bölgəsinə gələrək məsuliyyətsiz açıqlamalar və bəyanatlar səsləndiriblər:
"Onlar Azərbaycan Respublikasına qarşı ərazi iddiaları səsləndirməklə kifayətlənməyib, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlətməkdən də çəkinməmişlər. Onların bu çıxışları qardaş Gürcüstanda müəyyən ajiotaja səbəb olub, Azərbaycanda isə geniş ictimai dairələr arasında haqlı narazılıq doğurub”.
Bəyənatla bağlı fikirlərini "Sherg.az”la bölüşən tarixçi-alim Dilavər Əzimli "Keşikçidağ” məbədi ilə bağlı 3-cü amilin olduğunu qeyd etdi.
Ekspertin sözlərinə görə, bu, Rusiya amilidir:
"Mixayil Sarkaşvili qeyd etdi ki, "Azərbaycan və Türkiyə tərəfi bu məsələdə hələ meyarlar nümayiş etdirirlər. Azərbaycan Gürcüstana deməlidir ki, biz olmasaq, siz yaşaya bilməzsiz. Mənim dövrümdəki Gürcüstanı indi balaca bir kəndə çeviriblər. Buna İvanaşvili səbəb oldu və indiki prezident də bunu davam etdirir”.
Hesab edirəm ki, daxildəki qüvvələr məhz Gürcüstanın əleyhinə olan qüvvələrdir. Bu məsələdə daha çox Rusiya amili çox böyük rol oynayır. Təbii ki, Rusiya bu əraziləri öz əlindən buraxmaq istəmir. Məlumdur ki, ermənilər rusların tulasıdır. Azərbaycan-Gürcüstan münasibətlərində də həmişə bir-birinə qarşılıqlı etimad olub. Bu gün istəyirlər ki, bizim Gürcüstandakı 500 minə qədər daimi soydaşlarımızla münasibətləri pozsunlar. 
Əslində bu Gürcütsanın özünün parçalanmasına gedib çıxa bilər. Soydaşlarımız tarixən orada yaşayıb və həmin ərazilər vaxtilə Azərbaycan əraziləri olub. Bu ərazilər Ağqoyunlu, Qaraqoyunlu, Elxanilər dövründən başlayaraq Səfəvilər dönəminə qədər Azərbaycan əraziləri idi. İndi sərhədlər müəyyənləşib. Əlbəttə 1918-1920-ci il Cümhuriyyət və ondan sonrakı dövr sərhədləri olan zaman bizim aramızda toqquşma baş verməyib”.
D.Əzimli bəyan edib ki, "Keşikçidağ” məsələsi xüsusilə ermənilər tərəfindən ortalığa atılıb:
"Gürcüstanda soyadlarını dəyişmiş ermənilər var. Məsələn, Okruaşvili özü əslən ermənidir. Gürcüstan parlamentində və iqtidarında gürcü soyadını daşıyan çoxlu sayda ermənilər var. Bu ermənilər birmənalı şəkildə çalışırlar ki, Azərbaycanla Gürcüstan arasındakı münasibətləri korlasınlar.
Biz öz tarixi haqqımızı, hüquqlarımızı müdafiə etməliyik və Gürcüstan tərəfinə deməliyik ki, biz olmasaq, siz yaşaya bilməzsiz. Azərbaycan bu məsələlərə sakit şəkildə cavab verir. Hesab edirəm ki, bizim mövqeyimiz onların mövqeyindən qat-qat güclü çıxdı. Ölkəmizin düzgün mövqedə olması dünya tərəfindən də təsdiqləndi”.
Yeganə Bayramova