Kollec məzunlarının imtahansız ali məktəblərə qəbulu nə vəd edir ? - AÇIQLAMA
13:35 23.05.2019
Arxiv
1547
"2019-2020-cu tədris ili üçün qəbul planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Qərara əsasən, ötən illə müqayisədə bu il ali təhsil müəssisələrinə qəbul planında 6,4 % artım nəzərdə tutulub".
Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.
Onun sözlərinə görə, ötən il qəbul planında 45599 nəfərlik yer ayrıldığı halda, bu il 48506 nəfərlik yer ayrılıb.
Nazirlik rəsmisi əlavə edib ki, kollec məzunlarının bu il ali məktəbə qəbul şansı çox olacaq:
"Adətən qəbul planının dolma göstəricisi 90% olur və 4-5 min plan yeri boş qalır. Nəzərə alaq ki, ötən ilə nisbətən bu il orta məktəbi bitirənlərin sayı 7-8 min azdır. Bu da kollec məzunlarının şansını artırır".
Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Nərminə Bayramova isə bildirib ki, kollec məzunları ali məktəblərə minimal 200-250 balla qəbul oluna biləcəklər:
"Hər il müsabiqə zamanı ixtisas üzrə bal şərti 200-250 bal arası olur. Bu məsələdə də həmin şərt nəzərə alınacaq. I qrupda abituriyentin müsabiqəyə buraxılması üçün hansı bal nəzərdə tutulubsa, onu da nəzərə alacağıq. Hesab edəcəyik ki, həmin adam minimal balı toplayıb və müsabiqədə iştirak edəcək".
Yeniliyi şərh edən təhsil eksperti Kamran Əsədov «Şərq»ə bildirdi ki,
kollec məzunlarının müsabiqədən kənar ali məktəblərə qəbul olması olduqca müsbət bir addımdır:
- Bu ilk növbədə ali təhsil müəssisələrinə müsbət təsir göstərəcək. Çünki qəbul imtahanlarından sonra kifayət qədər plan yeri boş qalırdı. Amma bundan sonra həmin yerlər kollec məzunları tərəfindən tutulacaq və universitetlərin plan yeri 100 faiz dolacaq ki, bu da ali təhsil müəssisələrinin maddi imkanlarını yaxşılaşdırmağa imkan verəcək. Digər tərəfdən isə bu Azərbaycanda ali təhsilli insanların sayına müsbət mənada təsir göstərəcək.
Kollec məzunları qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra seçim edə biləcəklər. Yəni onlar ancaq boş qalan plan yerlərini seçmək imkanına malik olacaqlar. Bu o deməkdir ki, I, II,III və IV qruplar üzrə ixtisas seçimi 24 iyul - 6 avqustda keçiriləcək və nəticələr 8 avqustda açıqlanacaq. Ondan sonra 15 - 19 avqustda boş qalan yerlərə ixtisas seçimi olacaq və onun nəticəsi 21 avqustda açıqanacaq. Yanız bundan sonra yerdən qalan plan yerlərinə kollec məzunları ixtisas seçimi edib qəbul ola biləcəklər. Yəni, kollec məzunlarının ali məktəblərə qəbulu avqust ayında baş tutacaq. Amma ona qədər onların elektron ərizə qəbulu, ixtisas uyğunlaşması prosesi həyata keçiriləcək.
K.Əsədov vacib bildiyi bir məqamı da qeyd etdi:
- Əgər kollec məzunu bu il ali məktəbə qəbul üçün sənəd verib imtahanlarda iştirak edib müəyyən nəticə əldə edibsə, onun müsabiqədənkənar qəbul şansı qüvvədə olacaq.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavrlar DİM-in təşkil edəcəyi qabiliyyət imtahanından keçdikdən sonra müsabiqə şərtlərinə uyğun qiymət aldıqları tədqirdə ixtisas seçimi edə biləcəklər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya