Komitə sədri vətəndaşları qınadı: “Kredit götürəndə onu qaytarmağı da düşünməlidirlər”




Milli Məclisin bugünkü iclasında "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə edilib.

Sherg.az –ın məlumatına görə, müzakirə zamanı deputat Siyavuş Novruzov deyib ki, devalvasiyadan sonra banklarda yaranan problemlərdən danışılır: "Amma Azərbaycandan qat-qat böyük dövlət var ki, onlarda da devalvasiya, eləcə də ÜDM-nin aşağı düşməsi halları baş verib. 

Dünyada baş verən hadisələr təbii ki, Azərbaycanda da baş verir. Ara-sıra nöqsanlar, hansısa bankların kreditləri verməsi ilə bağlı problemlər ola bilər. Amma bu kommersiya bankıdır. Vətəndaşlar kredit götürdüyü zaman imza atdıqları sənədləri diqqətlə oxumalı idilər. Problem yarananda da, məhkəməyə müraciət etməlidirlər. Ümumilikdə isə kredit götürəndə vətəndaşlar onu qaytarmağı da düşünməlidirlər. Evi, maşını və digər əşyaları girov qoyub sonradan çox böyük problem yaşamağa nə ehtiyac vardı?!”.

Anar