Koronaya yoluxan Bəşər Əsəd və xanımından yeni xəbər var


Koronavirus infeksiyasına yoluxmuş Suriya prezidenti Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd sağalıb. 

Bu barədə məlumat Suriya prezidenti ofisinin rəsmi “Facebook” hesabında yerləşdirilib. 

Məlumatda qeyd olunub ki, cütlüyün sonuncu COVID-19 analizinin nəticələri neqativ çıxıb və Suriya prezidenti ilə xanımı tam iş fəaliyyətini bərpa edir.