KTMT Ermənistanın tərəfində durmaqdan imtina etdi
10:39 20.09.2018
Arxiv
662
Yerevan tərəfindən heç bir müraciət olmayıb və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərəfindən güc tətbiq olunmasından söhbət gedə bilməz.
Sherg.az "Sputnik Azərbaycan”a istinadla xəbər verir ki, bu fikirləri KTMT-nin birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov deyib.
Sidorov bu fikirlərini Moskva-Yerevan-Minsk-Bişkek-Astana videokörpüsü zamanı Azərbaycan tərəfinin Ermənistanın Tavuş bölgəsini atəşə tutmasına KTMT-nin reaksiyası ilə bağlı suala cavab verərkən deyib.
Dünən Ermənistan mətbuatı məlumat yayıb ki, Tavuşda Azərbaycanla sərhəddə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu ölüb.
"Bu gün münaqişə tərəfləri bu məsələni özləri həll etməlidirlər”, - general Sidorov deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən KTMT-yə heç bir müraciət olmayıb. O əlavə edib ki, bu şərtlər altında KTMT-nin güc tətbiqindən söhbət gedə bilməz.
Sidorov ümid etdiyini bildirib ki, münaqişə tərəfləri özləri bu məsələnin sülh yolu ilə həllini tapacaqlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə