Külək ağacı Heydər Əliyev prospektinə aşırdı


Güclü külək Mingəçevir şəhərində fəsadlar törədib.
APA -nın yerli bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospekti və Aydın Məmmədov küçələrində iri gövdəli ağacları və budaqlarını külək aşırıb.
Heydər Əliyev prospektində iri gövdəli çinar ağacı avtomobil yoluna aşıb. Nəticədə prospektdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Aidiyyəti qurumlar küləyin törətdiyi fəsadların aradan qaldırılması üçün tədbirlər görür.