Küveyt parlamentinin sədri: “Azərbaycan hər zaman prinsipial mövqe tutaraq bizi dəstəkləyib”
12:29 21.09.2018
Arxiv
589
Bu gün Azərbaycan parlamentinin yaranmasının 100 illik yubleyi ilə bağlı Milli Məclisdə xüsusi iclas keçirilib. Sherg.az-ın məlumatına görə iclasda iştirak edən Küveyt parlamentinin sədri Mərzuq əl Ganim bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlar çərçivəsində daim Küveytin hüquqlarını dəstəkləyən mövqedən çıxış edib:
"Biz bunu heç vaxt unutmayacağıq. Azərbaycan hər zaman prinsipial mövqe tutaraq bizi dəstəkləyib. Bunun bariz nümunəsi kimi, BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzü dəstəkləməsini göstərmək olar. Buna görə də hazırda qardaşlarımızın və dostlarımızın əhatəsində olmaqdan şərəf duyuruq. Azərbaycan ilə Küveyt arasında son illər siyasi, iqtisadi və mədəni sahələrdə mühüm nailiyyətlər əldə olunub,ancaq əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var. Biz həssas və müstəsna coğrafi mövqeyə malik, Şərq ilə Qərb arasında iqtisadi və mədəni körpü rolunu oynayan Azərbaycan kimi mühüm ölkə ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq. Azərbaycan kimi mühüm dövlətlə əlaqələrin inkişafı müstəsna əhəmiyyət kəsb edir. Hər şeydən öncə Azərbaycan bir çox sahələrdə mühüm nailiyyətlər əldə edən dövlətdir. Sevindirici haldır ki, keçən il Azərbaycana 20 min küveytli səfər edib. Lakin biz bu rəqəmin iki dəfə artırılması əzmindəyik. Bu, iki ölkə arasında ticarət dövriyyəsinə və investisiya qoyuluşuna müsbət təsir göstərəcək. Eyni zamanda, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın intensivləşdirilməsi əzmindəyik. Həmçinin gənclər və idman sahəsində əməkdaşlıq etməkdə maraqlıyıq”.
O qeyd edib ki, Küveyt Millət Məclisi Azərbaycan Milli Məclisi ilə əməkdaşlığı gücləndirməkdə maraqlıdır. İstər beynəlxalq parlament təşkilatları çərçivəsində, istərsə də parlamentlərarası dostluq qrupları müstəvisində əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm