Maliyyə böhranından ən çox ABŞ ziyan görəcək
09:01 21.09.2018
Arxiv
783
Çox güman ki, dünya ticarətinin zəifləməsini aradan qaldırmaq üçün qlobal bir anlaşma olacaq
Amerikalı milyarder Rey Dalionun açıqlamasına görə, yaxın iki il ərzində dünyada yeni maliyyə böhranının baş verəcək.
O bildirib ki, hazırkı dövr istər siyasət, istərsə də iqtisadiyyat baxımından ötən əsrin 30-cu illərindəki Böyük Tənəzzül dövrünü çox xatırladır: "İqtisadi tənəzzül faiz dərəcələrinin ən aşağı həddə enməsindən sonra baş verir. Bundan sonra mərkəzi banklar aktivləri satın almağa başlayır".
Milyarderin iddialarında haqlı olduğunu deyən iqtisadçı Natiq Cəfərli "Şərq”ə bildirib ki, varlı və kasıb dünya əhalisi arasında kifayət qədər böyük səd yaranıb. İqtisadçı böhranın yaranması səbəblərindən biri kimi bunu görür:
"Son vaxtlar ABŞ-ın Çinə qarşı ticarət müharibələri, Avropa Birliyi ölkələrində siyasi və iqtisadi sanksiyaların tətbiq olunması, gömrük və vergi rüsumlarının artırılması dünyada gərginlik yaradıb. Əslində bu gərginlik ümumdünya ticarətinin zəifləməsinə səbəb olan amillərdən biri kimi görünür. Hadisələr bu tempdə davam etsə, yəni 2 il ərzində valyuta və ticarət müharibələri davamlı şəkildə getsə, böhranlı vəziyyətin yaranması üçün əsaslar olacaq. Bütün dünya ölkələrində artıq bununla bağlı narahatlıqlar artır. Düşünürəm ki, bu məsələdə yüksək ağıl qalib gələcək”.
İqtisadçı qeyd edib ki, ticarət müharibələri əslində Amerika və bütün dünya vətəndaşlarına ziyan vurur: "Gömrük və vergi rüsumlarını artırdıqca, Çin və Avropa Birliyi tərəfindən əks addımlar atılır. Beləliklə, ABŞ vətəndaşları bir müddət sonra baha Çin və Avropa malları almağa başlayacaqlar, bu da onlarda ciddi narahatçılıq yaradacaq. Əslində bir müddət sonra ortaq məxrəcə gəlinib problemlər aradan qaldırılacaq. Çünki baş verənlərdə ən çox ziyan görən elə ABŞ özü olacaq”.
N.Cəfərli bildirib ki, dünya iqtisadiyyatının üçdə birini Amerika təşkil edir və onun böyük həcmdə ticarət dövriyyəsi var:
"Buna görə də milyarderin dediyində həqiqət var. Düşünürəm ki, dünya ticarətinin zəifləməsini aradan qaldırmaq üçün qlobal bir anlaşma olacaq. Lakin kasıb və varlı əhali arasında uçurumların artması doğrudan da çox ciddi və sosial problemdir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya