Manatın üzən məzənnə rejiminə keçidini ertələyən SƏBƏBLƏR...
15:47 01.08.2018
Arxiv
846
"Azərbaycanda üzən məzənnə rejiminin tətbiq edilməməsinin obyektiv səbəbləri maliyyə bazarlarında durum və iqtisadiyyatın strukturunun manatın üzən məzənnədə normal dinamikasına imkan yaradacaq səviyyədə olmamasıdır”.
Bu barədə "Sherg.az”a Mərkəzi Bankın üzən məzənnəyə keçidlə bağlı addımlar atmasından danışarkən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib:
"Bu gün neftin qiymətindəki dinamika ölkəmizdə tədiyyə balansının strukturuna kəskin təsir göstərə bilir. Strateji valyuta ehtiyatlarının dəyişməsinə də müəyyən təsirlər olur. Belə məqamda manatın üzən məzənnə rejiminə keçidinin təmin edilməsi manat və neftin qiymətini əlaqələndirmək deməkdir. Bu isə riskli addım olar.
Bir məsələni qeyd etmək lazımdır ki, Azərbaycanda maliyyə bazarları da çox kiçik və yox səviyyəsindədir. Həmçinin maliyyə bazarları iştirakçılarının sayı da çox azdır. Bu məsələ ilə olduqca az şirkət məşğul olur. Əsas oyunçusu neft şirkətləri və Neft Fondudur. Bütün bunları nəzərə alaraq, təklif edirəm ki, maliyyə bazarlarında iştirak edən subyektlərin sayı artırılsın. Bunun yolu ölkədə ixrac qabiliyyətli iqtisadi mühitin formalaşdırılmasından, ixracla məşğul olan iqtisadi subyektlərin sayının artırılmasından keçir. Təəssüf ki, ötən bir neçə il ərzində ölkədə bu istiqamətdə ciddi dəyişiklik əldə olunmayıb”.
R.Həsənov üzən məzənnə rejiminə keçid istiqamətində görüləsi işlərdən də söz açıb. O qeyd edib ki, ilk növbədə iqtisadiyyatda mümkün sürətlə həm ixracın şaxələndirilməsi, həm də yerli istehlakın idxaldan asılılığını azaldılması istiqamətində ciddi işlər görülməlidir:
"Bunun üçün ən başlıcası məsələ iqtisadi mühitin liberallaşdırılması tədbirlərinin sürətləndirilməsidir. Qısa müddətdə ölkəmizdə ixrac qabiliyyətli istehsal mühitinin formalaşdırılması vacibdir.
Düşünmürəm ki, yaxın bir neçə il ərzində ixrac böyük həcmdə artacaq. Buna baxmayaraq, indiki məzənnənin səviyyəsi hökumətə manevr imkanlı yaradır ki, müəyyən dövrü üçün sabitliyi qoruya bilsin. Neftin qiyməti də bu istiqamətdə ciddi dəstək verir. Bütün bunları nəzərə alaraq, hökumət sistemli və kompleks addımlar atmaqla üzən məzənnə rejimini tətbiq edə bilər”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, üzən məzənnəyə keçid istiqamətində işlər görülür. Baş bankir vurğulayıb ki, üzən məzənnəyə keçmək üçün ilk növbədə onun şəraitini yaratmaq, ixracı şaxələndirmək lazımdır: "Valyutaya tələb olan idxalçılar var. Üzən məzənnə o deməkdir ki, məzənnə tələb və təklif ilə formalaşsın”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya