Marqvelaşvili: "Heç bir qüvvə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərini soyuda bilməz"
10:57 14.03.2019
Arxiv
486
Heç bir qüvvə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərini soyuda bilməz. Trend-in məlumatına görə, bunu VII Qlobal Bakı Forumu çərçivəsində Gürcüstanın sabiq Prezidenti Georgi Marqvelaşvili jurnalistlərə deyib.
Gürcüstan və Azərbaycan münasibətlərinə mane olmaq cəhdlərini şərh edən G.Marqvelaşvili vurğulayıb ki, heç bir qüvvə iki ölkənin dostluq münasibətlərini soyutmağı bacara bilməz: "Bu münasibətlər möhkəmdir, çoxəsrlik tarixə və bir sıra istiqamətlər üzrə gələcək hərtərəfli əməkdaşlıq üçün böyük potensiala malikdir".
Sabiq dövlət başçısı Gürcüstanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi ilə bağlı da fikir bildirib: "Gürcüstan tərəfinin mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır".
G.Marqvelaşvili Qlobal Bakı Forumunun əhəmiyyətindən danışarkən deyib ki, forum region ölkələri ilə münasibətlərin gələcək inkişafına, həmçinin mühüm qlobal siyasi tapşırıqların həllinə təkan verəcək.
O bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaş olan iki ölkənin ümumi maraqlarına xidmət edir.
Sabiq Prezident Transadriatik boru kəməri layihəsinin xüsusi əhəmiyyətini də qeyd edib və deyib ki, bu layihənin reallaşdırılması nəinki region, eləcə də Avropa üçün böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Mövzusu "Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.
Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya