Mədəkiçiltmə əməliyyatı ən son variantdır
08:42 21.09.2018
Arxiv
834
Təəssüf ki, əksər cərrahlar pasiyentlərinə bu haqda tövsiyə vermirlər
Son illər hansısa tanınmış şəxslərin, hətta sadə insanların belə mədəkiçiltmə əməliyyatı keçirməsi barədə məlumatlara tez-tez rast gəlirik.
Sosial şəbəkələrdə bu cür əməliyyatlardan sonra çəki atanların paylaşdıqları şəkillər, məşhur simaların bu yolla arıqlaması, digər kök insanları da bu üsulla artıq çəkidən qurtulmağa həvəsləndirir. Hətta bəzən çox çəkisi olmayanlar da kökəlməmək üçün bu cür əməliyyat etdirmək istədiklərini deyirlər. Halbuki, mədə bütün orqanizmi qida ilə təmin edən bir orqandır və həssas yanaşma tələb edir.
Bir ara keçirdiyi çoxsaylı mədəkiçiltmə əməliyyatları ilə gündəmə gələn əməkdar artist Tünzalə Əliyevada (Toppuş bacı) aşkarlanan xərçəng xəstəliyi cəmiyyətdə müəyyən şübhələr yaradıb. Qeyd edək ki, 45 yaşlı sənətçi artıq çəkidən azad olmaq üçün bir neçə dəfə piylərin götürülməsi əməliyyatı keçirib, istədiyi nəticəni əldə edə bilmədiyi üçün daha sonra mədəkiçiltmə əməliyyatı etdirib. Hazırda bir barmaq boyunda mədəsi qalıb. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyini müzakirəyə çıxaran ictimaiyyət üzvləri bu faktı mədəkiçiltmə əməliyyatının fəsadı kimi dəyərləndiriblər.
Elə "Toppuş bacı” özü də hər şeyin səbəbinin arıqlamaq üçün etdirdiyi əməliyyatlar olduğunu etiraf edib.
Mütəxəssislər isə mədə əməliyyatı keçirən insanların sonradan ağır xəstəliyə tutulması riskini istisna edir. Həkimlər hesab edir ki, əməliyyat keçirən adamlar rejim gözləsə, qida qəbulunu müəyyən olunan həddə qəbul etsə, heç bir problem yaşanmır. Bu əməliyyatın mənfi cəhəti odur ki, həmin şəxs daimi olaraq həkim nəzarətində olmalıdır. Ömrüboyu vitaminlər və minerallar qəbul etməlidir.
Həkim-dietoloq Nərgiz Nəzirova isə "Şərq”ə açıqlamasında arıqlamaq üçün yalnız düzgün qidalanma və çoxlu su içməyin tərəfdarı olduğunu deyib: "Öz pasiyentlərimə də hər zaman bunları tövsiyə edirəm. Hətta heç bir dərman və ya ot məhsullarını belə yazmıram”.
Həkimin sözlərinə görə, artıq çəkidən əziyyət çəkən hər bir insan mədəkiçiltmə əməliyyatı ilə buna nail olmaq istəyə bilər. Amma bu əməliyyatı piylənmədə ən son variant kimi nəzərdə tutmaq olar. Əksər cərrahlar isə əməliyyat üçün müraciət edən pasiyentləri bu fikirdən döndərməyə çalışmır: "Sağlam arıqlamaq üçün ilk növbədə düzgün balanslaşdırılmış qida rasionu tərtib olunmalıdır. Effekti daha da yaxşılaşdırmaq üçün isə bir müddət sonra idmanla məşğul olmaq lazımdır. Çox miqdarda su içmək isə mütləqdir. Mədəkiçiltmə əməliyyatı isə yalnız bədən çəkisinin indeksi 35-40-dan artıq olanlar üçün göstəriş olmalıdır.
Bu əməliyyatdan sonra pasiyent ömrünün axırına qədər vitamin və bioaktiv əlavələr qəbul etməlidir, qidasına daha ciddi fikir verməlidir”.
Mədəkiçiltmə əməliyyatının artıq çəkidən daha tez azad olmağa kömək etməsini bir üstünlük kimi qeyd edən dietoloqun sözlərinə görə, üstəlik, şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlarda şəkərin norması qaydasına düşür. "Amma mən bir həkim olaraq bu əməliyyatın tərəfdarı deyiləm, fikrimcə, bu üsul tənbəl insanların vasitəsidir".
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm