“Ya məktəblər əlavə tədris korpusları ilə təmin olunmalıdır, ya da siniflər bölünməlidir”
Məktəblərdə şagird sıxlığı yarandı
11:43 22.09.2018
Arxiv
1038
Elə sinif var ki, orada 45 şagird var
“Ya məktəblər əlavə tədris korpusları ilə təmin olunmalıdır, ya da siniflər bölünməlidir”
“Ya məktəblər əlavə tədris korpusları ilə təmin olunmalıdır, ya da siniflər bölünməlidir”
Yeni dərs ilinin başlaması köhnə problemləri yenidən gündəmə gətirdi. Valideynlərin də, müəllimlərin də narazılığına səbəb olan məsələlərdən biri məktəblərdəki şagird sıxlığıdır. Əsasən də Bakı məktəblərinin bəzilərində siniflərdə şagird çoxluğu müşayiət edilir.
Təhsil eksperti Almaz Həsrət mətbuata açıqlamasında deyib ki, xüsusən də birinci siniflərdə sıxlıq olur. Elə sinif var ki, orada 46-47 uşaq var. Bu haldan valideynlər də narazıdırlar, elə müəllimlər də... Bəzi məktəblər də sinif otağı çatışmadığı üçün, 3 növbəli fəaliyyət göstərmək məcburiyyətində qalıb.
Problemlə bağlı "Şərq”ə danışan təhsil eksperti Nadir İsrafilov deyib ki, Azərbaycanın təhsil sistemində islahatlar aparılsa da, mövcud problemlər qalmaqdadır. Onun sözlərinə görə, şagird sıxlığı ilə bağlı, Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi öz münasibətini bildirir:
"Təhsil haqqında" qanuna əsasən siniflər 20 nəfərdən ibarət olmaqla 5 qrupda komplektləşdirilməlidir. Elə vəziyyət yaranıb ki, sinifdə 40-50 uşaq var. Bu, əlbəttə ki, böyük problemdir”. Sovet dövründə məktəblərin fəaliyyətini xatırladan ekspert vurğulayıb ki, o zaman məktəblərə qəbul məsələsi ərazi prinsipi əsasında götürülürdü:
"Sonradan "Təhsil haqqında" qanunun təhsillə bağlı normativ hüquqi sənədlərində dəyişikliklər edildi. Mövcud durumda valideyn, şagird, müəllim, məktəbin rəhbəri, sponsor və s. bunlar hamısı təhsil prosesinin bərabərhüquqlu subyektləri sayılır. Bərabərhüquqlu subyekt nə deməkdi? Yəni valideyn, uşaq, məktəb və müəllim seçməkdə müstəqildir. Məlumdur ki, bu məqamda müəyyən xoşagəlməz vəziyyət yarandı. Valideynlərə məktəb və müəllim seçmək imkanı yaradıldıqda təəssüf ki, başqa bir problem meydana çıxdı. Belə ki, valideyn uşağını yaxınlıqda yerləşən məktəbə yox, adı yaxşı mənada hallanan uzaqdakı məktəbə yerləşdirdi. Beləliklə də həmin məktəbə axın oldu, sıxlıq yarandı. İndi anormal vəziyyət yaranıb – bəzi məktəblərdə şagird sayı normadan çoxdur, bəzisində normadan azdır”.
N.İsrafilov hesab edir ki, məsələyə aidiyyəti qurumlar yenidən baxmalıdırlar:
"Təhsil Nazirliyinin rəhbərliyi də etiraf edir ki, ibtidai siniflərdə bu kimi problemlər mövcuddur. Təbii ki, bir sinifdə 30-40 şagird varsa, orada təhsilin keyfiyyətindən söhbət gedə bilməz. Bu gün özəl məktəblər bir sinfə 12-14 şagirddən artığını yerləşdirmirlər. Ona görə həmin şagirdlərin təhsillərində irəliləyişlər olur”.
Ekspert bildirib ki, birinci sinif təməldir:
"Uşağa hansı təməl qoyulacaqsa, o cür də gedəcək. Eyni problem rus bölmələrində də yaşanır. Baxmayaraq ki, respublikada bu qədər məktəblər, korpuslar tikilib, sıxlıq yenə də mövcuddur. Məsələnin iki həll variantı var. Ya məktəblər əlavə tədris korpusları ilə təmin olunmalıdır, ya da siniflər bölünməlidir. Bir məsələ də var ki, siniflərin bölünməsi əlavə vəsait aparacaq, otaq çatışmazlığı yaranacaq. Bununla da yeni bir problem meydana çıxacaq. Ən yaxşı variant ikinövbəli sistemin olmasıdır. Yəqin ki, bu məsələ ilə Təhsil Nazirliyi, Bakı Şəhəri Təhsil İdarəsi məşğul olur. Yəni 30-40 nəfərlə keyfiyyətdən danışa bilmərik. 10-cu sinifdə 40 nəfər də bir sinifdə otura bilər. Birinci siniflərə isə fərdi yanaşmaq lazımdır”.
İlahə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm