Melaniya Tramp Ağ Evi tərk etdi – Xəyanət





ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Ağ Evi tərk edib.

Axar.az xəbər verir ki, ABŞ mətbuatı prezidentin adının porno ulduz Stormi Danielslə hallanmasından sonra birinci xanımın Ağ Evi tərk etdiyini idda edib.

Məlumata görə, Melaniya Tramp bir müddətdir Ağ Evi tərk edərək Vaşinqtonda yerləşən "D.C Hotel”də yaşayır.

Xatırladaq ki, bir qədər əvvəl Donald Trampın Ağ Evin ictimaiyyətlə əlaqələr üzrə direktoru təyin etdiyi keçmiş model Houp Hikslə eşq macərası yaşadığı idda edilmişdi. Bundan sonra isə Trampın porno ulduz Stormi Danielsə aralarında yaşanan münasibəti gizlətməsi üçün ona 130 min dollar pul ödəməsi xəbəri Ağ Evdə gərginliyə səbəb olmuşdu.