Məlumat natamam yayılıb, ola bilsin ki, texniki səhv var
12:17 27.01.2018
Arxiv
647
“Necə yəni 1,8 milyon, axı burada söhbət minlərlə kilometr uzunluğu olan beynəlxalq qaz boru kəmərlərinin çəkilməsindən gedir”
Avropa Komissiyası Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan layihələrə maliyyə vəsaiti ayıracaq. Bu barədə Avropa Komissiyası məlumat yayıb. Bildirilib ki, Avropa Komissiyası Azərbaycan və Türkmənistan təbii qazının Gürcüstan və Türkiyədən keçməklə Avropa İttifaqı (Aİ) ölkələrinə nəqlini nəzərdə tutan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Trans-Anadolu qaz boru kəməri (TANAP) və Transxəzər qaz kəməri layihələrinin həyata keçirilməsi məqsədilə ümumilikdə 1 milyon 871 min 725 avro maliyyə vəsaiti ayıracaq.
Məsələ ilə bağlı "Şərq”ə danışan "Altay” Strateji Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı Elçin Bayramlı deyib ki, istənilən halda Avropa Komissiyasının bu layihələrə vəsait ayırması müsbət haldır:
"Təbii ki, bu, daha çox həmin təşkilatların, Qərb ölkələrinin xeyrinədir. Onlar qaz mənbələrini və idxal kəmərlərini diversifikasiya edirlər ki, bu da həm daha ucuz qaz almalarına, həm də hər hansı bir mənbədən asılılıqlarını azaltmalarına səbəb olur. Azərbaycan və Türkmənistan üçün də təbii ki, belə layihələr faydalıdır. Lakin burada ayrılan vəsaitin məbləği düşündürücüdür.
Necə yəni 1,8 milyon, axı burada söhbət hansısa 3 mərtəbəli villanın tikilməsindən yox, minlərlə kilometr uzunluğu olan beynəlxalq qaz boru kəmərlərinin çəkilməsindən gedir. Bəlkə də məbləğlə bağlı məlumatda texniki səhv var. Ya da ola bilsin, layihənin tamamlanması üçün smetada çatışmayan kiçik vəsaiti kompensasiya edirlər. Bu baxımdan məlumat natamam yayılıb. Lakin yenə vurğulayıram, təkcə Transxəzər sualtı boru kəməri üçün milyardlarla vəsait lazımdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual