"Məni mənfi obrazda görünməyə vadar etdilər"
"Mən maşının ətrafında 3 saatdan artıq qala bilməzdim"
09:07 30.12.2018
Arxiv
807
Sərxan Kərəmoğlu: "Ona görə finala qalıb kiminsə haqqını yemək istəmədim"
"Məni mənfi obrazda görünməyə vadar etdilər"
"Məni mənfi obrazda görünməyə vadar etdilər"
Ölkənin ən reytinqli realiti-şousu sayılan "Maşın" şou final iştirakçıları ilə son gününü gözləyir. Finala bir addım qalarkən şounun ən maraqlı, eyni zamanda qalmaqallı iştirakçısı sayılan Sərxan Kərəmoğlu üçün maşın əldən getdi.
"Maşın"ın ən sakit iştirakçısı, aparıcı Ranar Musayev səsverməyə çıxaraq Sərxan Kərəmoğlunu maşından uzaqlaşdırdı. Finaldan son anda uzaqlaşdırılan Sərxan Kərəmoğlu «Maşın» şou ilə bağlı təəssüratlarını «Şərq»ə danışdı.
- "Maşın"ın budəfəki sürətində ən yaddaqalan, bir az da ən qalmaqallı iştirakçısı kimi müzakirə olundun. Səncə, finala bir pillə qalmış səni uzaqlaşdırmağın səbəbi nə idi? Çox güclü rəqib idin?
- Əvvəla, mənim "Maşın"dan budəfəki səsvermədə getməyə istəyim olub. Buna qədər 7 dəfə səsvermədə qalib olmuşam. Yəqin ki, istəsəydim, bu dəfə də qalib ola bilərdim. Sadəcə artıq getmək istədim. Bəli, Sərxan orda demək olar ki, hamı üçün güclü rəqib idi. Mən bunu hər dəfə səsvermə zamanı sübut etmişəm.
- Onda gedəcəyini təxmin etmişdin.
- Bəli, bilirdim ki, hədəf mənəm. Bunu hiss edirdim. Sadəcə mübarizə aparmaq istəmədim. Mən finala qalıb kiminsə haqqına girə bilməzdim. Buna vicdanım yol vermədi. Çünki mən maşın ətrafında 2-3 saatdan artıq qala bilmərəm. Buna səhhətim də, səbrim də imkan verməzdi. Bunu bilə-bilə niyə kiminsə maşını udmaq imkanına mane olum. Bunu istəmədim. Orda maşını qazanmağa iddialı dostlar var idi. Ona görə də, mən onların o şansını əllərindən almağa ürəyim yol vermədi.
- Səncə, sənin ordan uzaqlaşdırılmağında Xose Bernardonun kənardan təsiri oldumu? Axı bir gün qabaq sənə mesaj göndərdi ki, növbəti hədəf sənsən.
- Qətiyyən, Xose o qədər güclü oyunçu olsaydı, finala qədər qalardı. Mən Xose kimi 7-8 iştirakçını yola salan oyunçu olmuşam.
- Özünü məğlub hesab etmirsən?
- Mən qalib oyunçuyam. Çünki istədiyim məqama, ana qədər maşın ətrafında qalmağı bacardım. İstəsəydim, sona qədər mübarizə aparardım.
- Yəni Ranardan sizi uzaqlaşdırdığı üçün incik deyilsiz?
- Ranar yaxşı, mədəni insandı. Ona hörmətim var. Qətiyyən o təəssürat yaranmasın ki, Ranardan məni uzaqlaşdırdığı üçün incimişəm. Oyun idi, o da oyununu oynadı. Sadəcə mən daha mübarizə aparmağa maraqlı deyildim. Mənə oraya qədər gəlmək lazım idi, gəldim, özümü göstərdim. Yəni mənim üçün oraya qədər gəlmək qalibiyyət idi.
- Belə bir təəssürat yaratdın ki, bu dəfə maşın ətrafında mənfi Sərxan Kərəmoğlu obrazını göstərmiş oldun.
- Məni mənfi obraz yaratmağa vadar etdilər. Sərxanı mənfi görünməyə məcbur etdilər. Məni tanıyanlar kim olduğumu, əqidəmi, insanlığımı tanıyır. Ona görə də mən mənfi kimi özümü göstərsəm də, bu oyunda buna məcbur buraxdılar. Bir də tamaşaçının gözü tərəzidir. Mən tamaşaçı sevgisi ilə son günə qədər dayana bildim. Yəni əsas tamaşaçının sevgisini qazana bilməkdi.
- "Maşın" sənə nə öyrətdi?
- Mənim öyrənən yaşım deyil. 40-da öyrənən məsələsinə istinad deyirəm. Sadəcə necə kompüterin formata ehtiyacı olur, bu "Maşın"da oyunçu olaraq iştirak etmək mənim beynimə də format verdi, təzələdi, bir az da həyatın görünməyən tərəflərini görmüş oldum.
- "Maşın"da qazancın böyük oldu, ya itirdiyin?
- Əslində itirdiyim nəsə olmadı. Pisliklər pislikləri ilə qaldı. Mənə isə yaxşı dostlar qazandırdı. Səmra, Dilarə kimi gözəl dostlar qazandım. Yəni bir neçə nəfər var ki, onları tanımağıma şad oldum. Maskalanmışların üzünü tanıdım.
- Kimin qalib olmasını istərdi Sərxan?
- Səmimi deyim ki, 3 nəfərdən kimin qalib olacağı mənim üçün o qədər də maraqlı deyil. Mən ordan gedəndən sonra kim qalib olacaqsa, fərq etmir. Allah köməkləri olsun. Haqqı olan maşını qazansın. Hər 3 insana da uğurlar arzulayıram.
Tahirə Məmmədqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya