"Mərkəzi Bank vətəndaşlarla bankları üz-üzə qoydu" - AÇIQLAMA






"Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsinə yenidən baxmalıdır”

Bu sözləri "Sherg.az”a AMB-ın kreditlərdə uçot dərəcəsini bir faiz endirməsi ilə bağlı danışarkən iqtisadçı-ekspert Natiq Cəfərli söyləyib.

Onun qənaətincə, AMB-nin uçot dərəcəsi nə qədər aşağı olursa, banklara verdikləri kreditin faiz dərəcəsi də aşağı düşür:

"Bu da dolayısı ilə bankların kredit verəkən daha aşağı faizlə bizinesdə istehlak kreditlərinə daha çox vəsait ayrılmasıan səbəb olur. Uçot dərəcəsinin aşağı olması umumi iqtisadi aktivliyə müsbət təsir edən amildir. 2016-2017-ci illərdə Azərbaycanda devalvasiyanın səviyyəsi yüksək olduğundan AMB məcburən uçot dərəcəsini artırmışdı. Bununla iki rəqəmli inflyasiyanın qarşısını almaq istəyirdi. Bu inflyasiya hazırda rəsmi rəqəmələrə görə, aşağı düşüb. Artıq bir rəqəmli inflyasiya 5-6 faiz civarındadır. AMB-da düşünməlidir ki, inflyasiyanın düşmə faizinə uyğun olaraq uçot dərəcəsini də aşağı salınmalıdır. Uçot dərəcəsinin aşağı salınması banklara daha yaxşı təsir göstərəcək. Bankların müstəqil imkanlarını artıracaq və vətəndaşılara, biznes şəbəkələrinə daha ucuz kredit verə biləcək. Bu da iqtisadi aktivliyi canlandıracaq. Bu nöqteyi nəzərdən ölkədə uçot dərəcəsinin aşağı salınmasına ciddi mənada ehtiyac yaranıb. Bakların kreditlərə çıxışını yaxşılaşdırmaq istəyiriksə, o zaman AMB uçot dərəcəsinə yenidən baxmalıdır”.

Bankların vəziyyətinin ağır olmasında AMB-nında rolunun olduğunu diqqətə çatdıran N.Cəfərli onu da bəyan edib ki, bankların son iki ildə vəziyyətlərin ağır olmalarının əsas səbəbi devalvasiyalardır:

"Kəskin devalvasiyanın olması bankları çox ağır duruma saldı. Amma bu prosesdə AMB-nin də rolu böyük oldu. AMB bu proseslərə daha güclü müdaxilə etsəydi, banklara daha ciddi dəstək göstərsəydi bankların çətin vəziyyətə düşməsinin qarşısını almaq asan olardı. Faktiki olaraq AMB vətəndaşlar və bizines qurumları ilə bankları üz-üzə qoydu. Əsasən də problemli kreditlərin həllində bankların bu vəziyyətində onlara ciddi dəstək durmadı. Bu nöqteyi nəzərdən AMB-ın görəcəyi işlər və səlahiyyətlər çoxdur. Təəssüf ki, AMB bu yöndə ciddi bir adım atmadı. Buna görə də bankların ağır vəziyyətə düşməsində məhsuliyyətin bir qisimi AMB üzərinə düşür”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 2% səviyyəsində olması barədə qərar qəbul edib. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin iqtisadi sabitliyə müsbət təsiri nəzər alınıb. Xatırladaq ki, aprelin 9-da Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 13%-dən 11%-ə, faiz dəhlizinin yuxarı həddinin 14%, aşağı həddinin isə 8% səviyyəsində olması barədə qərar qəbul edib.

Kənan Eynuroğlu