Tramp tarixi dəyişdi: İranla müharibə seçkilərdən əvvəl bitə bilər

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra deyil, daha əvvəl başa çata biləcəyini bildirib.

Sherg.az xəbər verir ki, Tramp “NewsNation” telekanalına açıqlamasında İranın daha uzun müddət müqavimət göstərə biləcəyini düşünmədiyini deyib.

“Düşünmürəm ki, onlar daha çox davam gətirə bilərlər. Lakin bu məsələ seçkilərdən sonra həll olunacaq, yaxud bəlkə də daha tez”, - deyə Tramp bildirib.

ABŞ lideri bununla bir gün əvvəl səsləndirdiyi fikrini dəyişib. Tramp dünən müharibənin məhz noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çatacağını düşündüyünü açıqlamışdı.

Tramp həmçinin İranın İordaniyadakı ABŞ hərbi bazasına son cavab zərbələri nəticəsində bölgədəki Amerika təyyarələrinin zədələndiyi barədə məlumatları təkzib edib.

“Xeyr, heç bir zərər yoxdur. Heç nə yoxdur”, - deyə ABŞ prezidenti bildirib.