Məşhur dietoloqdan sağlam qidalanmanın QIZIL QAYDALARI
08:39 23.03.2017
Arxiv
544
İndiki qadınlar yaşını deyil, çəkilərini gizlədirlər. Elə məhz çəkidir ki, yaş üzərinə yaş gətirir. "Arıq olmaq istəyirəm"in arxasında isə gerçəklikdə "gözəl görünmək, sağlam olmaq istəyirəm" durur. Sağlam qidalanaraq dünyaya baxışınızı, həyata münasibətinizi dəyişin.
Tanınmış dietoloq Tutu Zeynalova Aile.lent.az-a açıqlamasında bildirib ki, zərərli qidalar həyatımıza daxil olaraq orqanizmimizi zəhərləyir. Sağlam seçim etməyi bacarmalıyıq. Gün ərzində sağlam və təbii qidalardan balanslaşdırılmış şəkildə karbohidrat, protein, zülal, yağ, vitamin və minerallar almalıyıq. Sağlam qidalanmanın vacib qaydaları mövcuddur. Bu qaydalara mütəmadi əməl edərək həm sağlam, həm də gözəl olarıq.
Beləliklə, Tutu Zeynalova sağlam qidalanmanın qızıl qaydalarını sadalayır:
- Günə tez başlayın ki, maddələr mübadiləsi tez işə düşsün. 09:00-a kimi səhər, 20:00-dək axşam yeməyini bitirin. Gec yeməyin.
- Liflərlə zəngin qidalardan istifadə edin. Bağırsağın fəaliyyətini yaxşılaşdırır, uzun müddət bağırsaqda qaldığı üçün qanda şəkəri tənzimləyir. Şəkər oynaması yaşanmadığı halda insulin artmaz, aşırı yemək istəyi olmaz, yağ depolanmaz.
- Qəbul etdiyiniz qidalar orqanizmin gündəlik ehtiyacı olduğu vitamin və mineralları ödəməlidir. Yağı rasiondan tamamilə çıxarmayın. Çünki vitaminlərin bəziləri yağda, digərləri isə suda əriyəndir. Duru yağlara üstünlük verin.
- Hər gün 2 litr su içməyi sevimli vərdişinizə çevirin. Gündəlik su tələbatı ödənilməlidir ki, orqanizm öz funksiyasını düzgün yerinə yetirə bilsin. Dehidratasiya zamanı qan dövranı pozulur, sellülit, qəbizlik, əsəb gərginliyi, yaddaşsızlıq, yuxusuzluq, və kosmetoloji problemlər baş verir.
- Duzdan bacardığınız qədər az istifadə edin. Duzu sumaq, limon suyu, ədviyyat və ya alma sirkəsi ilə əvəz edə bilərsiniz.
- Yeməklərin bişirilmə qaydasına diqqət edin. Xörəkləri buxarda, közdə və ya suda bişirin. Yağda qızardılmış yeməklərlə qidalanmayın. Bir çox qidaları çox bişirməyin ki, qlisemik indeksi artmasın.
- Tez-tez, az porsiyalarla qidalanın. Qida qəbulunun arası 2-3 saat olmalıdır. Qabınızı ət, tərəvəz və paxlalı bitkilər olmaqla, 3 hissəyə ayırın.
- Yeməyi çox çeynəyin. Yemək yeyərkən başqa yerə yayınmayın. Fikriniz yeməkdə olsa, tez doyarsınız.
- Yeməkdən dərhal sonra çay içməyin. Orqanizmdə dəmir mənimsənilməsi pozula bilər. Çay yeməkdən 45 dəqiqə sonra içilməlidir.
- Dəmir tərkibli qidaları limon və ya digər vitamin C tərkibli meyvə-tərəvəzlərlə istifadə edin. Dəmir əskikliyi zamanı maddələr mübadiləsi zəifləyir.
- D vitamini ilə zəngin qidalardan istifadə edin. Piylənmə və artıq çəkinin 95%-i D vitamini çatışmazlığı ilə bağlıdır.
- Bir çox qidaların rənglərinə görə faydalılığını təyin edib istifadə edə bilərsiniz. Belə ki, ağ rənglilər tox tutan, qırmızılar ürək-damar sistemini qoruyan, narıncılar dəriyə faydalı olan, yaşıllar immuniteti yüksəldən, bənövşəyi, tünd göy və qaralar isə antioksidant dəyəri yüksək olan qidalardır.
- Sağlam qidalanmayla bərabər yuxu da çox vacibdir. Yuxusuzluq orqanizm üçün ən böyük stressdir. 6 saatdan az, 8 saatdan çox yatan insanlarda maddələr mübadiləsi pozulur və bu zaman artıq çəki problemi yaşanır.
- Hər gün fiziki aktivliyiniz olsun. 30 dəqiqə təmiz havada gəzin.
Sağlam qidalanma insanın öz orqanizminə olan münasibətidir. İnsanla təbiət arasında əlaqə pozulmayanda insan sağlam və xoşbəxt olur. Yeməklərdən deyil, daha çox həyatdan zövq alın!
Elvira Məmmədova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət