Metroda gediş haqqı bahalaşır? - RƏSMİ AÇIQLAMA





Metroda gediş haqqını Tarif Şurası müəyyən edir. 

Bu barədə Sherg.az- "Yanvarda metroda gediş haqqı bahalaşacaq” iddiasına münaisbət bildirərkən Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. 

Qurum sözçüsü qeyd edib ki, gələn ilin yanvar ayında metroda gediş haqqlarının qalxacağına dair heç bir məlumatı yoxdur: 

"Bu barədə bir söz deyə bilmərəm. Çünki məlumatımız yoxdur. Hər şey Tarif Şurasının qərarından asıldır".  

Qeyd edək ki, bu günlərdə iqtisadçı ekspert Qubad İbadoğlu özünün facebook hesabından metroda gediş haqqının arta biləcəyi ilə bağlı ehtimallarını əsaslandırıb. Ekspert bunları deyib: "Növbəti ildən gözlənilən qiymət bahalaşmalarından biri də metroda sərnişinlər üçün gediş haqqının artırılması ola bilər. Belə ki, 2017-ci il üçün büdcə layihəsinə görə, metropolitenə 30 milyon manat subsidiya ayrılacaq. Bu isə o deməkdir ki, "Bakı Metropoliteni" QSC-yə sərnişin daşımadan yaranacaq zərərin ödənilməsi üçün gələn il üçün büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılıb. Beləliklə də yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqlarının artırılması yolu ilə ödənilə bilər”.

Ayyət