Metropoliten 6 mln. avroluq generator alır





 "Bakı Metropoliteni” QSC generator almaq üçün elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.

"Sherg.az”ın məlumatına görə,  xəbər verir ki, tenderin qalibi Türkiyənin "MTU Motor Turbin Sanayi ve Ticaret” anonim şirkəti olub.

Sentyabrın 6-da qalib şirkətlə 6,33 mln. avro dəyərində satınalma müqaviləsi imzalanıb.