Milli Məclisin sədri Azərbaycanın bir sıra ölkələrdəki səfirləri ilə görüşüb
15:26 18.08.2021
Arxiv
388
Milli Məclisin sədri Azərbaycanın bir sıra ölkələrdəki səfirləri ilə görüşübSahibə Qafarova
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın bir sıra xarici ölkələrdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri - ölkəmizin Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov, Latviya Respublikasındakı səfiri Elnur Sultanov, Avstriya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli, Belçika Krallığındakı səfiri Vaqif Sadıqov, Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Estoniya Respublikasındakı səfiri Anar Məhərrəmov ilə görüşlər keçirib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Sahibə Qafarova, həmçinin Azərbaycanın Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova, Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov, Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov və Moldova Respublikasındakı səfiri Qüdsi Osmanovla da görüşüb.
Görüşlərdə Milli Məclisin sədri Azərbaycan həqiqətlərinin təbliği, dövlət maraqlarımızın qorunması, beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə parlament diplomatiyasının imkanlarından səmərəli istifadə olunmasının vacibliyini qeyd edib.
Spiker Milli Məclisin beynəlxalq əlaqələrini daha da inkişaf etdirmək üçün qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsinə və möhkəmləndirilməsinə xidmət edən birgə təşəbbüslərin reallaşdırılmasına dəstək verilməsini, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsinə xüsusi diqqət ayrılmasını, beynəlxalq parlament təşkilatları ilə birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşlərdə Azərbaycanın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı zəfərdən sonra bölgədə yaranan yeni reallıqların beynəlxalq təşkilatlara, dövlət qurumlarına və həmin ölkələırin ictimaiyyət nümayəndələrinə çatdırılmasının vacibliyindən də söhbət açılıb. Həmçinin Azərbaycan Milli Məclisi ilə səfirlərin çalışdıqları xarici ölkələrin qanunverici orqanları arasındakı əməkdaşlığın mövcud durumu və inkişaf perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur