Milyarderin öz əməkdaşından əkiz övladları doğulub
Yusif Nəzərli
09:03 08.07.2022
Arxiv
1236
Uşaqların atasının Musk olduğu məhkəmə sənədləriylə bəlli olub
Dünyanın ən varlı adamlarından biri, “Tesla”, “SraseX” şirkətlərinin baş icracı direktoru Elon Muskun əkiz övladları dünyaya gəlib. Ən maraqlısı isə əkizlərin E.Muskun xanım əməkdaşlarından birindən dünyaya gəlməsidir. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, Elon Musk şəxsi həyatıyla yenə gündəmdədir. Bir müddət öncə E.Muskun “Twitter”i satın aldığı və övladlarından birinin cinsiyyətini dəyişdirdiyi xəbərləri yayılmışdı.
Yeni məlumat isə Muskun özü haqqındadır. “Texnologiya dünyasının dahisi” adlandırılan Elon Muskun şirkətdəki xanım əməkdaşlardan biriylə qeyri-rəsmi nikahdan əkiz övladları doğulub. Əkizlərin atasının məhz E.Musk olduğu məhkəmə sənədləriylə bəlli olub. Musk illər öncə “Rolling Stone” jurnalına müsahibəsində uşaq yaşlarından təkliklə mücadilə etdiyini və əsla yalnız qalmaq istəmədiyini söyləmişdi.
E.Muskun ilk evliliyindən (Justine Vilson) 5 övladı var. 2010-cu ildə verdiyi bir müsahibədə isə E.Musk övladlarını həyatının sevgisi adlandırmışdı. E.Musk boşandıqdan sonra isə şəxsi həyatında bir neçə qadın olub. Müğənni Grimes “texnologiya dahisi”nə daha 2 övlad bəxş edib.
Bu günlərdə isə E.Muskun daha 2 övladının – yenə əkizlərin dünyaya gəldiyi xəbəri yayılıb. Bununla da hazırda E.Musk 9 uşaq atası sayılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol